Avropa İttifaqı elmi-tədqiqat işlərinə xərcləri ARTIRDI
2022-ci ildə Avropa İttifaqı ölkələrində elmi-tədqiqat işlərinə dövlət xərcləri 5,4% artaraq 117,368 milyard avroya çatıb ki, bu da ÜDM-in 0,74%-nə bərabərdir.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyi "Eurostat" məlumat yayıb.
Adambaşına hesablasaq, keçən il Avropa İttifaqında elmi-tədqiqat işlərinə dövlət xərcləri 2021-ci ildəki 178,5 avro ilə müqayisədə 262,7 avro təşkil edib.
Belə ki, bu göstərici ən yüksək Lüksemburq (adambaşına 661,6 avro), Danimarka (529,1 avro) və Almaniyada (517,6 avro) olub. Eyni zamanda, ən aşağı qiymətlər Rumıniyada (17,6 avro), Bolqarıstanda (27,3 avro) və Latviyada (49,6 avro) qeydə alınıb.
Ötən il Aİ-nin dövlət büdcəsindən elmi-tədqiqat və təkmilləşdirmə sahəsinə ayırmaların ən böyük hissəsi (35,5%) ümumi təhsil ehtiyaclarına yönəldilib. Ümumi xərclərin 16,5%-i digər təhsil layihələrinə, 10,2%-i sənaye istehsalı və texnologiyasına, 8,3%-i səhiyyəyə, 5,9%-i isə kosmik tədqiqatlara yönəldilib.
Eyni zamanda, hərbi sahədə tədqiqatlara qoyulan investisiyaların payı 2021-ci ildəki 2,6%-dən 4,2%-ə yüksəlib.
İqbal Rzayev,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"