Avropa İttifaqı ölkələrinin Rusiya neftindən imtinası nə ilə nəticələnəcək? – Pikin ŞƏRH EDİR
Ursula fon der Leyen altıncı sanksiyalar paketi çərçivəsində Rusiya neftinin idxalına mərhələli şəkildə qadağa qoyulmasını təklif edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Energetikanın İnkişafı Fondunun rəhbəri Sergey Pikin isə Avropa İttifaqı ölkələrinin Rusiya neftindən imtina etmək niyyətinə şərh verib:
"Onlar uzun müddətdir ki, altıncı sanksiya paketinə doğru irəliləyirlər. Artıq bir neçə həftədir ki, Rusiya neftinə tədricən qadağa qoyulacağı müzakirə olunur. Ancaq başa düşmək lazımdır ki, buna xeyli zaman lazımdır. Əgər kömürlə bağlı sanksiyaların tətbiqinə dörd ay vaxt lazım oldusa, indi neftlə bağlı vəziyyət daha mürəkkəbdir. Çünki Avropaya neft və neft məhsullarının tədarükünü digər təchizatçılarla əvəzləmək o qədər də asan deyil" – ekspert vurğulayıb.
O əlavə edib ki, mümkün embarqo faktı neftin qiymətinə təsir edir: "Bu o deməkdir ki, Rusiya həcmləri bazardan çıxarılacaq. Belə olan halda tələb təklifi üstələyəcək və məhdudiyyət yalnız qiymət artımına səbəb olacaq. Buna görə də embarqonun tətbiqi neft qiymətlərinin davamlı artımı ilə nəticələnəcək" – Pikin deyib.
Məlumat üçün bildirək ki, altıncı sanksiyalar paketi mayın 4-də təqdim olunacaq.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı