"Avropa Parlamenti ciddi korrupsiya qalmaqalları içində boğulan bir institutdur" - Deputat

"Avropa Parlamenti özü ciddi korrupsiya qalmaqalları içində boğulan bir institutdur. Məhz bu səbəbdən diqqəti öz problemlərindən yayındırmaq üçün Azərbaycanı hədəf seçiblər".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
O bildirib ki, Avropa Parlamentinin riyakar sənəd qəbul etməsi heç bir məntiqə və siyasi çərçivəyə sığmır:
"Azərbaycan-Ermənistan sülh prosesi fonunda Avropa Parlamentinin bu cür riyakar sənəd qəbul etməsi heç bir məntiqə və siyasi çərçivəyə sığmır. İnsan hüquqları mövzusunda Avropa Parlamentinin məhz Azərbaycanı tənqid etməsi isə gülünc və ikrah doğurur. Çünki insan hüquqlarından danışan bu institutun özü, Avropa Parlamentinin sədrinə qədər uzanan korrupsiya və rüşvətxorluq ilə məşğuldur. Belə olan halda, Avropa Parlamentinin üzvləri hansı insan hüquqlarından danışa bilərlər? Avropa Parlamentinin tərkibinə nəzər saldıqda görürük ki, burada əsasən öz ölkələrində milli parlamentlərə seçilə bilməyən, siyasi iflasa uğramış populist qruplar təmsil olunurlar. Məhz bu qruplar Avropa Parlamentində absurd və reallıqdan uzaq qətnamələrin qəbuluna səbəb olurlar".
Deputat bildirib ki, Avropanın özündə həllini gözləyən kifayət qədər problemlər var:
"Avropa Parlamentində görüşlərdə iştirak etmiş, orada fəaliyyət mühitini yaxından tanıyan bir şəxs kimi qeyd etmək istəyirəm ki, xüsusilə ultra-sağ və ultra-sol radikal ideologiyalara sahib avrodeputatlar digər ölkələri hədəf almağı adətə çeviriblər. Halbuki Avropanın özündə həllini gözləyən kifayət qədər ciddi pan-Avropa problemləri mövcuddur və enerjilərini məhz həmin məsələlərə sərf etmələri daha məqsədəuyğun olardı. İki dünya müharibəsini öz qitəsində aparan, milyonlarla avropalının həyatına son qoyan da məhz Avropa dövlətləri və institutları olub. Bu gün isə eyni Avropa Parlamenti başqa ölkələrə demokratiya dərsi keçməyə çalışır".
Parlamentari qeyd edib ki, AP belə addımlarına görə ABŞ belə ondan üz döndərib: 
"Onların bu cür addımlarına  ən yaxşı cavab isə bir neçə gün əvvəl ABŞ-nin qəbul etdiyi yeni Milli Təhlükəsizlik Strategiyası sənədində verildi. Həmin sənəddə Avropa institutları, Avropa İttifaqı və Avropa Parlamenti ilə bağlı demək olar ki, heç bir qeyd yer almadı.
Avropa Parlamentinin apardığı bu ədalətsiz və qərəzli siyasətin nəticəsidir ki, onilliklər boyu Avropa İttifaqının ən yaxın tərəfdaşlarından biri olan ABŞ bu qurumdan üz döndərməkdədir. 2004-cü ildə ABŞ-nin keçmiş Milli Təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinskinin yazdığı "Seçim" adlı kitabında da qeyd olunduğu kimi, Avropa İttifaqı və onun institutları həddindən artıq hərbiləşdikdə və ideoloji xətlərindən kənara çıxdıqda, ABŞ üçün təhlükəli bir subyektə çevrilir. Bu gün Avropanı öz müttəfiqlərinin gözündə təhlükəli edən əsas amillərdən biri də Avropa Parlamentinin səriştəsiz, təcrübəsiz və keçmiş səhvlərindən nəticə çıxarmayan fəaliyyətidir".
T.Gəncəliyev vurğulayıb ki, belə riyakar addımlar təkcə Avropa Parlamenti ilə məhdudlaşmır:
"Avropa Komissiyasının icra strukturları, o cümlədən Avropa İttifaqının xarici siyasət üzrə sabiq ali nümayəndələri Jozep Borrell və Federika Mogerini və onların komandalarının illər boyu Azərbaycana qarşı qərəzli, ermənipərəst və riyakar mövqeyinin şahidi olmuşuq.Bu gün hətta Ermənistan belə Azərbaycanla münasibətləri normallaşdırmağa, sülh prosesinə qoşulmağa çalışır. Avropa institutları isə sanki ermənilərdən daha çox erməni olmağa çalışırlar. Bu, qəbuledilməzdir və riyakarlığın ən yüksək zirvəsidir".
Şahanə Ziyad

Siyasi       Tarix: 19 dekabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeber hava sonxəbərlər ən son xəbər