Avropa Parlamentinin qərarının arxasında dayanan dövlət: Aşkara çıxan izlər – TƏHLİL
Avropa Parlamentinin qərarının arxasında dayanan dövlət: Aşkara çıxan izlər – TƏHLİL
Avropa Parlamentinin məlum qətnaməsinə diqqətlə baxdıqda, yeni qərarın qəbul edilməsində erməni lobbisi ilə yanaşı, hansı dövlətin olduğuna dair fikirlər yürüdə bilərik.
Avropa Parlamentinin qərarında deyilir ki, Azərbaycan saxladığı erməni hərbi əsirləri (?) azadlığa buraxmalıdır. Hərçənd ki, Azərbaycan dəfələrlə bəyan edib ki, həmin şəxslər hərbi əsir yox, diversant-terrorçulardır.
Bakının bu mövqeyinin üzərində uzun-uzadı dayanmağa zərurət yoxdur, çünki həmin şəxslər müharibədən sonra, sülh bəyanatı elan edildikdən sonra Azərbaycan ərazilərində diversiya fəaliyyəti həyata keçirmək istəyərkən yaxalanıblar.
Sənədin 18-ci bəndində keçən cümlələr postmünaqişə dövründə gözlənilən maraqların təmin edilməsinə maneə yaradan Bakının mövqeyi əleyhinə gündəliyi sətiraltı çatdırır.
Həmin bənddə Minsk Qrupunda təmsil olunan Avropa Birliyinə üzv ölkələrin sülh razılaşmasında iştirak etməməsindən narahatlıq dilə gətirilib.
Bu bənd iki məsələ fonunda diqqət çəkir:
1. Mayın 20-də Prezident İlham Əliyev Azərbaycanın sülh sazişinə hazır olduğunu, Bakının daha çox ABŞ-dan gözləntisinin olduğunu üstüörtülü də olsa bəyan etdi.
2. ABŞ və Rusiyadan fərqli olaraq Fransaya zərrə də ümid yoxdur.
ATƏT-in Minsk Qrupunda 11 ölkə təmsil olunur. Onlardan Avropa Birliyinin üzvü olan ölkələr bunlardır: Fransa, Almaniya, İtaliya, İsveç və Finlandiya.
Bəlli məsələdir ki, bu mövzu İsveç və Finlandiyanın gündəliyində deyil, İtaliya isə Azərbaycana dəstək nümayiş etdirir.
Almaniya isə yayğın bəyanatlarla, hər iki tərəfin (Azərbaycan və Ermənistan) marağını təmin edən mövqe sərgiləyir, bununla belə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına da qoymur.
Fransaya gəlincə, Ermənistana açıq dəstək nümayiş etdirir.
İndi Avropa Parlamentinin qərarının arxasında Fransanın dayandığını söyləyə bilərik.
Hərçənd digər versiya da önə çıxa bilər ki, Almaniya da sülh sazişindən pay almaq istəyir.
Qətnamədə Qarabağa status mövzusundan bəhs edilməsi də Fransanın dilində olanların elan edilməsidir.
Təsadüf sayıla bilməz ki, Fransa Senatı bu yaxınlarda nə adı, nə də özü olan, gorbagor olan ""Dağlıq Qarabağ Respublikası""nı tanıyan qәtnamә qəbul etmişdi.
Avropa Parlamentinin qərarındakı ifadələr böyük ehtimalla 10 noyabr bəyanatına aiddir, çünki cümlələr keçmiş zamanda işlədilib və "atəşkəs razılaşması" deyə bir ifadə keçib.
Eyni zamanda bu, həm də imzalanması gündəmdə olan sülh sazişində Avropanın güc mərkəzlərinin iştirakına dair hədəflərin bəyanı kimi qəbul edilə bilər.
Fransanın məqsədlərində gizlənən digər hədəf isə Türkiyədir. Türkiyənin regionda güclənməsi, Qarabağda hərbi iştirakı – Rusiya-Türkiyə Birə Monitorinq Mərkəzi – Parisdə dərin narahatlıq yaradır.
Ankaranın Cənubi Qafqazda Bakı ilə müttəfiqlik əlaqələrini gücləndirməklə iştirakından Paris qısqanır.
Görünən budur ki, postmüharibə dövrünün palitrasında böyük güclərin geosiyasi maraqları kəsişir.
Demək ki, Qarabağ münaqişəsinin həlli nəinki regional, eləcə də böyük oyunçular üçün qlobal çağırışlar ortaya qoyub.
Qətnamə kağız parçası ola bilər, hüquqi qüvvəsi olmaya bilər, lakin arxasındakı böyük maraqlar Bakını kövrək zəminlər üzərində güclü manevrlərə məcbur edir.
Bakının isə manevrləri yalnız milli maraqlara söykənir, xarici siyasətdəki ardıcıllıq və prinsipiallıq belə deməyə əsas verir.
Prezident İlham Əliyev hələ müharibə dövründə Ermənistana dəstək göstərənlərə demişdi ki, münaqişə bitdikdən sonra onlar əməkdaşlıq təklif edəcəklər.
İndi görünür ki, gecikmiş əməkdaşlıq təklifləri də Ermənistanın qeyri-konstruktiv mövqeyinin möhkəmlənməsinə yönəlib və Bakı israrla bunun əleyhinə çıxır.
Ona görə də, Avropa parlament diplomatiyası ilə hücuma keçir, lakin bunun da heç bir praktiki əhəmiyyəti yoxdur.
Aqşin Kərimov /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar