Belə avtomobillə heç yerə getmərəm' - Prezident
Azərbaycan Prezidenti İlham Əliyev elektrik avtomobillərində FM radio məsələsinə münasibət bildirib.
azxeber.com APA-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyev bu məsələyə IV Şuşa Qlobal Media Forumunda elektrik avtomobillərində FM radio ilə bağlı gürcüstanlı jurnalistin sualını cavablandırarkən toxunub.
"Düzünü desəm, elektrik avtomobillərində FM radionun olmadığını bilmirdim. Açığını deyim ki, mən radionu əsasən avtomobildə olarkən dinləyirəm. Mən ölkə daxilində əsasən avtomobillə hərəkət etdiyim üçün avtomobildə kifayət qədər vaxt keçirirəm. Hər səfər zamanı radionu dinləyirəm. Əsasən də musiqiyə qulaq asıram. Çünki xəbərləri başqa mənbələrdən kifayət qədər alıram. Mən avtomobili radiosuz təsəvvür edə bilmirəm. Belə avtomobillə heç yerə getmərəm. Əgər bu istiqamətdə bizim qoşula biləcəyimiz hər hansı təşəbbüs varsa, sadəcə bizə məlumat verin. Biz onu tam dəstəkləyəcəyik", - dövlət başçısı qeyd edib.
Qeyd edək ki, gürcüstanlı jurnalist Avropanın bir çox ölkəsində yayımçılar və tənzimləyici qurumların yeni elektrik avtomobillərində FM radionun saxlanılması və asan əlçatan olması üçün qanunvericilik və siyasət təşəbbüsləri üzərində işlədiyini deyib. O, ictimai maraqlar və fövqəladə hallarda operativ məlumatlandırmanın təmin edilməsi baxımından Azərbaycan hökumətinin yeni avtomobillərdə FM radionun qorunması və asan istifadəsinin təmin olunması məqsədilə hökumət, tənzimləyici qurumlar, yayımçılar və avtomobil sənayesi arasında əməkdaşlığı dəstəkləməsinin mümkünlüyünə dair sual verib.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK