NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur

NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdurƏməkdar jurnalist Faiq Hüsiyev
NATO sammitinə sözardı
Qardaş Türkiyədə 7-8 iyul tarixlərində baş tutmuş, sayca 36-cı NATO sammitinin sonu ABŞ-ın İrana raket zərbəsi endirməsi və futbol üzrə Dünya Çempionatının 1/4 mərhələsinin səbəbilə bir az kölgəyə düşdü.
22 il sonra Türkiyə ərazisində ikinci dəfə keçirilən bu sammit alyansa daxil olan Avropa ölkələrinin və Kanadanın müdafiə baxımından məsuliyyət yükünü artırmağa xidmət etmiş oldu. Hərbi xərclərin artırılması, yeni raket sisteminin qurulması və müharibə aparan Ukraynaya kömək əsas müzakirə mövzusuna çevrilsə də, pərdəarxası məqamlar daha çox diqqət çəkdi.
Yekun bəyannamədə Ukraynanın Avroatlantik məkanın təhlükəsizliyinə töhfə verdiyinin qeyd edilməsi çoxmənalı cümlə kimi səslənib. Alyans ölkələrinin rəsmi Kiyevə bu il ərzində 70 milyard dollarlıq hərbi texnika və digər dəstək göstərmək qərarı isə Ukrayna-Rusiya müharibəsində NATO-nun tərəf kimi yer almasını təsdiqləyib. 2027-ci il üçün eyni miqdarda yardımın göstəriləcəyi də bildirilib. Odur ki, iki slavyan dövlətinin qırğını hələ davamlı olacaq. ABŞ prezidenti Donald Trampın Patriot zenit raket komplekslərinin istehsalı üçün Ukraynaya rəsmi lisenziya verəcəyi barədə açıqlaması isə sensasiya sayıla bilər. Vladimir Zelenskinin bu sammitdən əlidolu qayıtması hər halda Ukrayna xalqının daha bir neçə il vuruşmalı olacağından xəbər verir. Təsadüfi deyil ki, alyansa üzv ölkələr Rusiyanı yenidən "Avroatlantik təhlükəsizliyə uzunmüddətli təhlükə" kimi qiymətləndiriblər.
Donald Trampın alyansa üzv olan bəzi müttəfiqlərin ünvanlarına ikrahlı ifadələr işlətməsi isə NATO daxilində fikir ayrılığının olduğunu bir daha göstərib. Üstəlik, Danimarkadan Qrenlandiyanı tələb etməsi heç də razılıqla qarşılanmayıb. Çünki ərazi bütövlüyü məsələsi qırmızı xəttdir.
Şimali Atlantika alyansının baş katibi, daim gülümsəyən Mark Rüttenin sammitdəki gərgin söhbətləri ailədaxili müzakirələr kimi qələmə verməsi ABŞ ilə müttəfiqləri arasındakı gərginliyə su çiləmək kimi bir şeydir. ABŞ prezidenti Donald Trampın bu sammitə "Türkiyədə keçirildiyi üçün və Ərdoğana şəxsi hörmətə görə" gəldiyi ifadəsini dönə-dönə işlətməsi avropalı müttəfiqlərinə bir şapalaq təsiri bağışlayıb. Çünki İranda aparılan hərbi əməliyyatlarda müttəfiqlərindən istədiyi dəstəyi tam şəkildə almayan rəsmi Vaşinqton onlardan küsmüşdü. İranla münaqişənin dünya yanacaq bazarına ciddi təsir edərək elə avropalıları əlavə xərcə salması deyəsən Trampın vecinə də deyil. Üstəlik, Qoca Qitənin sakinləri iqtisadi böhranla yanaşı, hərbi xərclərin təzyiqi altında yaşamağa məhkum ediliblər. ABŞ-dan asılılıq və müstəqil qərar qəbul edə bilməmələri Avropa ölkələrinə sözün hərtərəfli mənasında baha başa gəlir.
Bir il öncə Haaqa şəhərində keçirilən sammitdən sonra ABŞ hərbi sənaye kompleksi avropalılardan yeni sifarişlər almaqla ölkə iqtisadiyyatına xeyli qazanc gətirmişdi. Çünki NATO-ya üzv ölkələrin Ümumi Daxili Məhsulunun (ÜDM) 5 faizinin müdafiə xərclərinə sərf olunması əslində ABŞ iqtisadiyyatının xeyrinə işləmişdi.
Burada kiçik bir haşiyəyə çıxmaq lazımdır. Türkiyənin yeni nəsil (beşinci nəsil) "F-35" qırıcı təyyarələrə sahib olması niyyəti axır ki, müsbət qarşılanıb. Hərçənd ki, rəsmi Ankara bu proqramda iştirak üçün 1,4 milyard dolları çoxdan ödəyib və ümumilikdə 100 belə təyyarənin alınmasını planlaşdırıb. Bu məsələnin ləngiməsi Türkiyənin hələ 2018-ci ildə Rusiyadan 2,5 milyard dollara 4 divizion C- 400 zenit raket sistemi alması ilə bağlı idi. İndi ABŞ-ın təkidi ilə türklər bu kompleksi Fars körfəzi ölkələrindən birinə satmağı qərara alıblar.
Bu sammit çərçivəsində Türkiyə ilə Böyük Britaniya arasında təhlükəsizlik sahəsində hərtərəfli paktın imzalanması qarşılıqlı əməkdaşlığın yeni səviyyəsindən xəbər verir. Qardaş ölkənin hərbi-sənaye kompleksinin imkanları daha da genişlənəcək və şübhəsiz ki, Türkiyənin NATO daxilindəki rolu, həmçinin regional nüfuzu daha da artacaq.
Sammitdə Kanadanın öz donanması üçün Almaniyadan sualtı qayıqlar almaq niyyəti də diqqət çəkib. Əvvəllər bu sifariş ABŞ şirkətlərinə verilirdi. Amma Trampın Kanadaya qarşı da ərazi iddiası qonşu dövlətdə özünü bu cür narazılıqla biruzə verib.
Hərçənd ki, ABŞ şirkətləri Avropa ərazisində hərbi təyinatlı yeni müəssisələrin yaradılmasına razılıq alıblar. Yeni tanklar, orta mənzilli raketlər və hərbi təyinatlı digər məhsulların istehsalı üçün müştərək layihələrə Boeing, Lockheed Martin, General Dynamics, Raytheon və Anduril kimi şirkətlər cəlb olunacaqlar. Almaniyanın Rheinmetall, Diehl və Polşanın PGZ şirkətləri də tərəfdaş qismində çıxış edəcəklər.
Odur ki, NATO-da qalacaqlarını bəyan edən ABŞ prezidenti bu sammiti üzv dövlətlər üçün xoş notlarda bitirib. Futbol üzrə ABŞ milli komandasının belçikalılara uduzması amerikalıların əhvalına soğan doğrasa da, sonda hər şey beləcə öz yoluna qoyulub.
Qeyd etmək yerinə düşər ki, Donald Trampın birinci dəfə prezident seçilməsindən sonra ABŞ şirkətləri hərbi sənaye sahəsində 1, 2 trilyon dollar qazanmışdılarsa, onun sayca ikinci rəhbərliyi dövründə bu rəqəm 147 milyard dollar olub və bu proses davam etməkdədir.
Bu sammitdə "Yaşıl müdafiə" (Green Defence) mövzusu isə qapalı müzakirələrdə diqqətdə saxlanılıb. Silahlı qüvvələrin enerji effektivliyi, ekstremal hava şəraitində infrastrukturun döyüş qabiliyyəti və hərbi əməliyyatlar vaxtı ekoloji təhlükəsizlik məsələləri də aktual olub.
Ev sahibi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın öz qonaqlarına üzərində hər kəsin adları yazılmış "Gümüşay" markalı revolver-tapança hədiyyə etməsi isə heç də birmənalı qarşılanmayıb. Kanadanın Baş naziri Mark Karni, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Niderlandın Baş naziri Rob Cetten, Belçikanın Baş naziri Bart de Vever və Avropa Şurasının rəhbəri Antoniu Koşta hədiyyə silahı aidiyyəti üzrə təhlükəsizlik xidmətlərinə təhvil veriblər. Tapançaların müzeylərə göndəriləcəyi də bildirilir.
NATO tərəfdaşları hələ də bu hədiyyənin nə məna daşıdığını düşünürlər.
ABŞ prezidenti Donald Trampın geriyə uçuş zamanı öz təyyarəsini dəyişməsi isə ehtimal ki, daha çox təhlükəsizlik xarakteri daşıyıb. Air Firce One nisbətən köhnə layner sayılsa da, hər halda təhlükəsizlik xidməti üçün daha etibarlı olub.
Yaxın Şərqdəki vəziyyətin müzakirəsi isə sırf ritorik xarakter daşıyıb.
Sonda qeyd edim ki, dünyanın aparıcı dövlətləri silahlanmaya əvvəlki illərdən daha çox pul xərcləməklə insanlığı gələcəkdə daha böyük müharibələrin gözlədiyinə işarə edirlər. Təkcə ABŞ müdafiə xərclərini 2026-cı ildə 1 trln. etmişdisə, 2027-ci ildə Pentaqonun büdcəsinin 1,5 tln. dollara çatdıracağını elan edilib.
Dünya liderləri səviyyəsində sülh və tərksilahdan danışan yoxdur. 
Bax belə… / konkret.az

Siyasi       Tarix: 11 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər azərbaycanda ən son xeberler son.xeberler son xəbər