Avropa səfərbərlikdən qaçan rusiyalılara sığınacaq verir
Avropa səfərbərlikdən qaçan rusiyalılara sığınacaq verir
"Aİ ölkələri Avropa dəyərlərini paylaşan Rusiya vətəndaşlarına viza verilməsini dayandırmayacaq".
Bu barədə İspaniyanın xarici işlər naziri Manuel Albares bəyan edib.
"Tamamilə bağlanmamaq qərarına gəldik... Dilimizdə danışanların, bizə can atanların və bizim dəyərlərimizi paylaşanların hamısının aramızda yeri olmalıdır", - deyə o bildirib.
Nazir İspaniyanın bu şəraitdə insanların krallığa daxil olmaq üçün viza ala bilməsinin tam tərəfdarı olduğunu vurğulayıb. Xüsusilə, Albaresin sözlərinə görə, söhbət jurnalistlərdən, hüquq müdafiəçilərindən və Ukraynadakı hərbi əməliyyatların əleyhdarlarından gedir.
Qeyd edək ki, bir neçə gün öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel qismən səfərbərliyə düşmək istəməyən Rusiya vətəndaşlarına humanitar vizaların verilməsi təşəbbüsünü dəstəkləyib. Onun sözlərinə görə, Rusiyada bu səfərbərlik yeni fakt olduğu üçün tələsmək lazımdır. Mişel əlavə edib ki, o, bu təşəbbüsün reallığa çevrilməsi ilə bağlı Avropa İttifaqının həmkarları ilə məsləhətləşmələrə açıqdır.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Qərardan cəmi bir neçə saat sonra Moskvadan Bakıya, İstanbula, İrəvana və giriş üçün viza tələb olunmayan digər qonşu ölkələrin şəhərlərinə ən yaxın birbaşa reyslərin aviabiletləri tükənib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin son məlumatlarına görə, artıq 261 min kişi ölkəni tərk edib. Bu səbəbdən də Moskva hava limanlarında səfər etmək istəyən kişi sərnişinlərin yoxlanmasına başlanılıb. Gürcüstana uçan sərnişinlərdən birinin sözlərinə görə, pasport nəzarətində olan sərhədçilər gəncləri "dindirmə"yə aparır, hərbi biletlərini yoxlayırlar. Yeri gəlmişkən, Tbilisi də ölkəyə daxil olmaq istəyən rusiyalıların böyük axını ilə əlaqədar Rusiyadan olan kişilər üçün sərhədləri bağlamağı düşünür. / oxu.az
Xidmetler [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu