Avropa şirkətlərinin Azərbaycana yatırdığı investisiyanın məbləği AÇIQLANDI
Son 9 ildə Avropa şirkətləri Azərbaycana 20 milyard ABŞ dollarından artıq investisiya yatırıb.
KONKRET.az xəbər verir ki, bunu bu gün Avropa İttifaqı (Aİ) və Dünya Bankı (DB) Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə İnzibati Sazişin imzalanması mərasimində Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir:
"Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində 55-ə yaxın tvinninq layihəsini icra edib. Biz həmçinin Dünya Bankı ilə də nəqliyyat, kənd təsərrüfatı, meliorasiya, sosial sahə və başqa sahələrdə sıx əməkdaşlıq edirik. Dünya Bankı bu vaxta qədər Azərbaycana təxminən 96 layihə üzrə 20 milyon ABŞ dolları dəyərində texniki dəstək verib".
Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün Azərbaycana ümumilikdə 3,5 milyard ABŞ dolları məbləğində kredit ayırıb./report/
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var