"Avropa Şurasında Azərbaycana qarşı işləyən qüvvələr az deyil" - Səməd Seyidov

"Avropa Şurası illərboyu Azərbaycan-Avropa münasibətləri içərisində xüsusi bir yer tutmuş və tutur. Yaddan çıxartmaq lazım deyil ki, 2005-ci ildə məhz cənab Prezidentin birbaşa tapşırığı və göstərişi əsasında Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmələrlə bağlı 14-16 nömrəli sənəd qəbul olunmuşdur".
KONKRET.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O qeyd edib ki, bu tarixi sənəd bizim üçün çox vacib və əhəmiyyətli olmuşdur:
"Bu tarixi sənədi biz dəfələrlə diplomatik müharibədə istifadə etmişik. Orada olan sözlərdən, cümlələrdən, fikirlərdən bəhrələnmişik və bu, özü-özlüyündə həddindən artıq, vacib əhəmiyyətli bir məsələdir. Bundan başqa Avropa Şurasında Azərbaycanın mövqeyini əks etdirən xeyli sənədlər olub. Ancaq bununla yanaşı Avropa Şurasının da içərisində Azərbaycana qarşı işləyən qüvvələr də az deyil, çoxdur. O cümlədən, onlar müxtəlif bəyanatlar, müxtəlif sənədlər vasitəsilə erməni lobbisinin Azərbaycana qarşı işləyən qüvvələrin vasitəsilə Azərbaycana təsir, təzyiq göstərmək və Azərbaycanda reallığı tamamilə fərqli formada əks etdirmək cəhdlərini də göstərmişdilər. Biz bunların dəfələrlə şahidi olmuşuq. Ona görə Avropa Şurası beynəlxalq təşkilat olduğu halda, onun rolunu,əhəmiyyətini, təsirini nə azaltmaq olmaz, nə də onun rolundan və əhəmiyyətindən artıq ona dəyər vermək də olmaz".
S.Seyidov diqqətə çatdırıb ki, beynəlxalq təşkilatlarla Azərbaycan öz münasibətlərini konstruktiv və ən əsası milli maraqlarına uyğun olaraq aparır:
"Biz Avropa Şurasında  fəaliyyət göstərmişik və bundan sonra da göstərəcəyik. O, bir beynəlxalq səviyyədə olan  forumdur və o forumda biz iştirak etməliyik. O forumun içərisində müxtəlif vacib, əhəmiyyətli təşkilatlar var. Bilirsiniz ki, Avropa Şurası bir neçə qurumdan ibarətdir. Onu yalnız Parlament Assambleyasıyla məhdudlaşdırmaq olmaz. Nazirlər Komitəsi, Avropa İnsan Haqları Məhkəməsindən və s. ibarət böyük, geniş bir təşkilatdır. Biz bu təşkilatla əməkdaşlıq edirik. Harada bizim milli maraqlarımıza uyğundursa, biz onu yüksək səviyyədə qiymətləndiririk, harada isə milli maraqlarımıza hansısa bir təsir, təzyiq və ya başqa cür təqdim olunması məsələsini görürüksə, onu da açıq-aşkar deyirik. Bu gün Azərbaycan müstəqil və güclü bir dövlətdir. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın mövqeyi bildiyimiz kimi, o cümlədən də, Avropa Şurasında tamamilə fərqli və yüksək səviyyəli bir yerdədir".

Siyasi       Tarix: 22 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbərlər bu gunun xeberleri zelzele ən son xeberler