Avropa Trampla "dəhşətli razılaşma"ya niyə razı oldu?

Avropa Trampla Ursula fon der Lyayen ABŞ-la sərfəli olmayan razılaşmaya məcbur qaldı
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ABŞ-la gömrük rüsumlarına dair Avropa üçün əlverişsiz hesab olunan bir razılaşmanı imzalamağa məcbur olub.
KONKRET.az xəbər verir ki, bu barədə The Sunday Times qəzeti Brüsselin nüfuzlu analitik mərkəzlərindən biri olan Bruegelin baş elmi əməkdaşı Yakob Kjerkegor-a istinadla məlumat yayıb.
Ekspertin sözlərinə görə, ticarət baxımından bu saziş Avropa üçün "dəhşətli" olub. "Amma əgər siz məsuliyyətli bir lidersinizsə, NATO-nun aparıcı hərbi gücü – Trampın rəhbərlik etdiyi Amerika – ilə münasibətləri qorumaqdan başqa seçiminiz yoxdur", – deyə o bildirib.
Məqalədə qeyd edilir ki, fon der Lyayen əvvəlcə ABŞ-ın rüsum təhdidlərinə qarşı sərt cavab tədbirləri hazırlamışdı. Lakin son anda geri çəkilərək, Şotlandiyada Donald Trampla keçirilən son görüşdə güzəştə getməyə razılaşıb. The Times qəzetinin analizinə görə, bu qərar qismən Avropa biznesini qorumaq məqsədi daşısa da, əsas səbəb ABŞ prezidentinin bu məsələni Ukraynaya hərbi dəstəyin azaldılması və ya ümumilikdə Avropanın təhlükəsizliyinə zərbə vurmaq üçün bəhanəyə çevirməsindən ehtiyat edilməsi olub.
Brüssel dairələrində narahatlıq doğuran əsas məqam isə yaxın həftələrdə dərc olunması gözlənilən ABŞ-ın hərbi strategiyasının yenidən nəzərdən keçirilməsi ilə bağlı hesabatdır. Bu sənəd 800 minlik ABŞ hərbi kontingentinin Avropadan hissəvi şəkildə çıxarılmasına səbəb ola bilər.
The Sunday Times fon der Lyayenin Trampla görüşünü NATO-nun baş katibi Mark Ryuttenin Trampı "papa" adlandırması ilə müqayisə edib. "O, bu çirkin işi görməyə məcbur idi, çünki bu zəruri idi", – deyə Kjerkegor bildirib.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 04 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun bugun xeberler sosial yardim son xeberler bugun 2026 muharibe