Avropada 600 min insan iş yerini İTİRƏCƏK
Avropada elektromobil istehsalına keçid 600 min iş yerinin itirilməsinə səbəb olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin daxili bazar üzrə komissarı Tyerri Breton "Corriere della Sera" qəzetinə müsahibəsində deyib:
"Avropa avtomobil sektorunda 12,7 milyon insan çalışır ki, bu da Aİ-də bütün məşğulluğun 6,6%-ni təşkil edir. Elektromobillərə keçid Aİ-də 600 min iş yerinin itirilməsinə səbəb olacaq".
Breton elektrik enerjisi istehsalçılarından ibarət xüsusi komitənin yaradılması planlarından da danışıb:
"2030-cu ilə qədər bizə 6,8 milyon enerji doldurma məntəqəsi lazım olacaq. Hazırda 350 min məntəqə var, onların da 70%-i Fransa, Almaniya və Hollandiyadadır".
O hesab edir ki, elektromobillərə effektiv keçidi həyata keçirmək üçün 2026-cı ilə qədər xüsusi fond yaratmaq lazımdır.
Onun hesablamalarına görə, 2050-ci ilə qədər istifadədə olan avtomobillərin 20%-i daxili yanma mühərrikləri ilə işləyəcək.
Noyabrın 9-da o, avtomobil emissiyaları üçün ekoloji tələbləri sərtləşdirmək və havanın keyfiyyətini yaxşılaşdırmaq üçün Avro 7 tənzimləməsini təklif etmək niyyətindədir.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü