Avropada sərnişinlərin əsas hissəsinin təyyarələrdən qatarlara və daxili su yollarına köçürülməsi gözlənilir
Avropada sərnişinlərin əsas hissəsinin təyyarələrdən qatarlara və daxili su yollarına köçürülməsi gözlənilir
Avropa Komissiyası (EC) 2040-cı ilə qədər Avropada bütün qatarların sürətini ən azı 160 km/saata çatdırmağı Avropa İttifaqı (Aİ) ölkələrinə öhdəsinə qoyacaq.
Məqsəd elektrikləşdirilmiş dəmir yollarının rolunu artırmaq və ətraf mühitin çirklənməsinə qarşı mübarizədə hava nəqliyyatının rolunu azaltmaqdır.
Bu barədə Avropa Komissiyasının "Twitter" səhifəsində məlumat verilib.
"Bütün qatarlar 2040-cı ilə qədər 160 km/saat və ya daha sürətlə hərəkət etməlidir. 424 aparıcı şəhər dəmir yolu terminalları vasitəsilə liman və hava limanları ilə əlaqələndirilməlidir. Daha sürətli Avropa dəmir yolu marşrutları yaradılmalı və biletləri əldə etmək asan olmalıdır", - deyə qeyd edilir.
Komissiya Aİ dövlətlərinin nəqliyyat sisteminin optimallaşdırılması layihəsini təqdim edib, bu sənəd 2030-cu ilə qədər yüksək sürətli uzun dəmir yolu marşrutlarının sayını iki dəfə, 2050-ci ilə qədər isə üç dəfə artırmaq məqsədini qarşıya qoyur. Bu yolla 2050-ci ilə qədər Aİ nəqliyyat sisteminin karbon emissiyalarını 90% azaltmaq üçün Avropada sərnişin axınının əsas hissəsini təyyarələrdən qatarlara və daxili su yollarına köçürmək gözlənilir.
Mənbə: TASS /oxu.az
Xidmetler [newsid: 0-123300]

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir