Avropada yüksək vəzifələr bölündü - Ursula fon der Leyen, Kosta və Kallas razılığa gəldi

Avropada yüksək vəzifələr bölündü - Ursula fon der Leyen, Kosta və Kallas razılığa gəldi</p> 
 <p>Aİ liderləri blokda yüksək vəzifələr barədə razılığa gəliblər. Seçimi seçkilərdə öz mövqeyini saxlayan və ifrat sağçı qüvvələrin artımı ilə bağlı məşum proqnozları təkzib edən mərkəzçi partiyaların tanınması kimi də baxmaq olar.
KONKRET.az xəbər verir ki, Avropa İttifaqının 27 lideri növbəti beş il üçün blokun siyasi rəhbərliyi ilə bağlı razılığa gəliblər: Ursula fon der Leyen Avropa Komissiyasının prezidenti, Antonio Kosta Avropa Şurasının prezidenti, Kaya Kallas isə xarici işlər işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə olacaq.
Liderlər, həmçinin üç təyin olunan şəxsin gələcək işlərinə rəhbərlik edəcək iddialı sənəd olan Strateji Gündəliyi də təsdiq ediblər.
Fon der Leyen və Kallasın namizədliyi hələ yekun deyil və Avropa Parlamentinin təsdiqini tələb edir. Portuqaliyanın keçmiş Baş naziri Kosto, əksinə, avtomatik olaraq keçmiş həmkarları tərəfindən seçilib. O, daha sonra vəzifəsinin icrasına başlayacaq.
Mərkəzçi partiyalar arasındakı danışıqlar İtaliyanın Baş naziri Giorgia Melonini qəzəbləndirib: "Mənə elə gəlir ki, indiyədək vətəndaşların seçki qutusunda verdiyi mesajı nəzərə almaq istəyi olmayıb".
Macarıstanlı Viktor Orban daha sərt çıxış edərək, bu razılaşmanı "rüsvayçı" adlandırıb.
"Biz çətin dövrlərdə yaşayırıq. Biz ciddi çağırışlarla, o cümlədən Rusiyanın Ukraynaya qarşı dəhşətli təcavüzkar müharibəsi ilə üzləşirik. Ona görə də Avropanın həll edilməli olan çağırışlarla üzləşməyə indidən hazırlaşması vacibdir", – deyə Almaniya kansleri Şolç baş verənlərə belə münasibət bildirib.
Qeyd edək ki, fevral ayında yenidən seçildiyini elan edəndən bəri icra hakimiyyətinə başçılıq edən ilk qadın fon der Leyen COVID-19 pandemiyası və Ukraynadakı müharibə ilə mübarizə apararkən qazandığı yüksək siyasi profil sayəsində şəksiz lider olub.
Antonio Kosta və Ursula fon der Leyen uzun müddətdir ki, bir-birlərini Avropa İttifaqında tanıyırlar.
Ali Nümayəndə mahiyyət etibarı ilə Aİ-nin xarici siyasətini idarə edən yekdillik prinsipi ilə məhdudlaşır. Parlament tərəfindən təsdiqlənərsə, Kallas Cosef Borrelli əvəz edəcək.
Liderlik vəzifələrinə fon der Leyen, Kosta və Kallası seçməklə Aİ liderləri blokun siyasi və coğrafi müxtəlifliyini əks etdirəcək və gender balansının qorumasını təmin edəcək.
Fon der Leyen artıq sosialistlər və liberallarla ümumi proqram hazırlamaq üçün danışıqlar aparır.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 28 iyun 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az son xeberler axsam.az xeberler son xeberler bugun bugunun xeberleri