Avstraliyada aborigenlərlə bağlı referendum KEÇİRİLƏCƏK
Oktyabrın 14-də Avstraliya konstitusiyasında aborigenlərin tanınması və səsvermə hüququ ilə bağlı referendum keçiriləcək.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib.
Onun sözlərinə görə, oktyabrın 14-nə planlaşdırılan referendum Avstraliyada keçiriləcək ilk plebisit olacaq:
"Avstraliyalılar siyasi partiyaya və ya bir şəxsə səs verməyəcəklər. Onlar ölkəni birləşdirməyə və yerli avstraliyalıları konstitusiyada tanımağa kömək edəcəklər".
Baş nazir bildirib ki, Avstraliya konstitusiyasına edilən düzəlişlər təsdiqlənəcəyi təqdirdə "Səs" adlı xüsusi qurum yaradılacaq. Yerli avstraliyalılardan ibarət bu komitə aborigenlərin nə istədiyi barədə hökumətə məsləhət verəcək.
Qeyd edək ki, referendum təklifi Avstraliya hökuməti tərəfindən martın 23-də parlamentə təqdim edilib.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ