Avtobusun törətdiyi qəzada ölən Cavidin - Fotosu
Xəbər verdiyimiz kimi, oktyabrın 30-na keçən gecə paytaxtın Binəqədi rayonunda marşrut avtobusu ağır qəza törədib.
azxeber.com xəbr verir ki, "Qafqazinfo"nun məlumatına görə, "Çinar Trans" MMC-nin istismarında olan 133 saylı xətt üzrə hərəkət edən avtobusun törətdiyi qəzada ölən Cavid Məmmədov özəl şirkətlərin birində çalışırmış.
Hadisə zamanı onun olduğu "Opel Corsa" markalı avtomobilin sürücüsü Azər Əyyubov da vəfat edib.
Bildirilir ki, hadisəni törədən "Karsan" markalı avtobusun sürücüsü Əkbər Mehdiyev saxlanılıb.
Belə ki, qəza zamanı onun idarə etdiyi avtobusla Binəqədi şosesi ilə Zəngəzur küçəsinin kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi məlum olub. Nəticədə avtobus yaşıl işıqla öz yoluna davam edən "Opel Corsa" markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan avtomobilin hərəkətdə olan "Changan" və "Hyundai Santa Fe" markalı avtomobillərə çırpılması nəticəsində zəncirvari qəza baş verib.
"Opel Corsa"nın sürücüsü Azər Mirzəxan oğlu Əyyubov və sərnişini Cavid Mahir oğlu Məmmədov qəza yerində həlak olub. "Changan"ın sürücüsü Babək Orucov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
Qəzada dünyasını dəyişən Cavid Məmmədovun fotosunu təqdim edirik:



Bu yazını ürək xəstələri oxusun
Tramp Hörmüz boğazından neft tankerlərinin hərəkətinin bərpa olunduğunu açıqladı
İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto
Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI
İlham Əliyev Donald Trampı təbrik edib
İranın Təhlükəsizlik Şurasının iclası keçirilir
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
Azərbaycanda Milli Qurtuluş Günüdür
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı
Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə birliyinin siyasi və strateji təntənəsi
Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi
Ağdamda qeyri-adi hadisə - FOTO