Avtomobil sürənlərin NƏZƏRİNƏ - Bu avtomobillər qadağan edilir
Avropa İttifaqı (Aİ) Şurası avtomobillərin karbon emissiyalarının azaldılması üzrə yeni Aİ hədəflərini təsdiqləyib: 2030-2034-cü illərdə yeni minik avtomobillərinin karbon emissiyaları 2021-ci ilə nisbətən 55%, 2035-ci ildə isə 100% azalmalıdır.
azxeber.com "report"a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının dərc olunmuş qərarında deyilir.
"Aİ Şurası yeni avtomobillər və mikroavtobuslar üçün daha sərt karbon emissiyası standartları haqqında qaydanı təsdiqləyib.
Yeni qayda bütün nəqliyyat növləri arasında emissiyaların ən yüksək nisbətini təşkil edən avtomobil nəqliyyatı emissiyalarını azaltmağa yönəlib. Bu, həm də yenilikçi yanaşma təqdim etməklə sıfır emissiyalı avtomobil sənayesi üçün də təkan verəcək", - sənəddə deyilir.
Bu, faktiki olaraq, benzin və ya dizellə işləyən daxili yanma mühərrikli yeni avtomobillərin satışına qadağa deməkdir.
Yeni qanunvericiliyin mühüm elementi Aİ-də avtomobillərin hidrogen kimi "karbonsuz yanacaq"da qeydiyyata alınması qaydalarının yaradılması olacaq. Belə avtomobillərin satışı 2035-ci ildən sonra elektromobillərlə yanaşı davam etdirilə bilər.
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi