Avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada həyatını itirdi - FOTO
Quba rayonunun Bəhrəli kəndində avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, 30 sentyabr tarixində Bəhrəli kəndi ərazisində yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Pirmuradova Gülay Şöhrət qızını avtomobil vurub.
Ağır xəsarətlər alan qız Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, döş qəfəsinin kontuziyası və qarın boşluğunun küt travması diaqnozları qoyulub.
Vəziyyəti ağır qiymətləndirilən Gülayın müalicəsi reanimasiya şöbəsində davam etdirilib.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Gülay Pirmuradova Rəhman Məmmədov adına Çinarlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olub.
Faktla bağlı araşdırma aparılır.
Xidmetler [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı