Avtoxuliqanlıq edən qazi saxlanıldı
Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb.
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan azxeber.com-a verilən məlumata görə, şəhər sakini, Vətən Müharibəsi qazisi Qoşqar Həsənov idarə etdiyi "VAZ" markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.
Sosial şəbəkələrdə etdiyi təhlükəli manevrlərin görüntüsünü paylaşan qazinin avtomobili saxlanılaraq cərimə meydançasına yerləşdirilib və o inzibati məsuliyyətə cəlb olunub.
Bundan başqa Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər də aşkar olunaraq barələrində qanunamüvafiq tədbir görülüb.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var