Aygün Bəylər məclisdən qazandığı qonorarın hamısını o uşağa verdi
"Aygün Bəylər məclislərin birində aldığı qonorarın hamısını tanımadığı musiqiçiyə verdi. Çox mərd insan idi".
azxeber.com xəbər verir ki, bu sözləri ATV-də yayımlanan "7 tamam" verilişində qonaq olan müğənni Elnur Mımmədov deyib.
Əməkdar artist Aygün Bəylərlə bağlı xatirələrini bölüşən Elnur deyib:
"Bir gün ortaq dostumuzun ailəsində xoş gün idi. Aygünlə həmin məclisə getdik. Hamımıza qonorar verildi. Heç birimiz götürmürdük, amma məcburən o pulu bizə verdilər. Məclisdə kamança çalan bir uşaq var idi. Aygün çıxanda ona yaxınlaşdı və dedi ki, "Çox gözəl ifa etdin. Kamançan da çox qəşəngdir".
Uşaq cavab verdi ki, "Dostumundur, öz kamançam hələ yoxdur". Aygün məclisdən qazandığı qonorarın hamısını uşağa verdi. Xeyli də pul idi. Aygünün gözü heç vaxt pulda, var-dövlətdə olmayıb. Çox mərd insan idi. Azərbaycan musiqisinin arxivi getdi bu dünyadan. Allah ona rəhmət eləsin" deyə qeyd edib.
Aysel

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır