AYİB ölkənin real sektorunun dəstəklənməsi üçün Bank Respublikaya 2 iri kredit ayırdı - FOTOLAR

AYİB ölkənin real sektorunun dəstəklənməsi üçün Bank Respublikaya 2 iri kredit ayırıb
Azxeber.com xəbər verir ki, ölkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika ölkənin real sektorunun inkişafı üçün xarici investisiyaların cəlb edilməsini uğurla davam etdirir. Belə ki, Bank Azərbaycanda aqrar, kiçik və orta biznesin inkişafı üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə 2 iri kredit sazişi imzalayıb.
İlk kredit sazişi AZAFF aqrar layihəsi çərçivəsində bağlanıb və cəlb olunan vəsaitlər kənd təsərrüfatı istehsalçılarının maliyyələşdirilməsinə yönəldiləcək. İkinci kredit sazişi bankın fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab olunan kiçik və orta sahibkarlığın, həmçinin COVİD-19 pandemiyasından zərər çəkmiş sahibkarların maliyyələşdirilməsi məqsədilə imzalanıb. Cəlb olunan vəsaitlərin ümumi həcmi 13.5 mln. dollar təşkil edir və hər iki kredit milli valyutada təqdim ediləcək ki, bu da yerli sahibkarlara valyuta risklərindən yan keçməyə imkan verəcək.
Qeyd edək ki, bu, Bankla beynəlxalq maliyyə institutları arasında cari ildə imzalanan ilk böyük saziş deyil. 2021-ci ildə Bank Respublika ilə Hollandiya İnkişaf Bankı (FMO), eləcə də EMF Microfinance Fund Avropa investisiya şirkəti ilə kredit sazişi bağlayıb.
"Avropa Yenidənqurma və İnkişaf Bankından növbəti kreditin cəlb olunması beynəlxalq maliyyə institutları ilə olan səmərəli əməkdaşlığımızın davamıdır və bankımız tərəfindən xüsusi önəm verildiyi ölkənin real sektoruna dəstək strategiyamızın bir hissəsidir. İmzalanmış saziş aparıcı beynəlxalq maliyyə institutları tərəfindən bankımıza olan etibarlılığın və yüksək etimadın növbəti təsdiqidir", – deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariel İsmayılov vurğulayıb.
"Çox şadam ki, AYİB-in Bank Respublika ilə əməkdaşlığı möhkəmləndikcə Azərbaycan müəssisələri maliyyələşdirməyə çıxış imkanlarını artıra bilər. Hədəfimiz şirkətin böyüməsini, məhsuldarlığını və məşğulluğunu artırmaq məqsədilə bank kreditlərini inkişaf etdirməkdir", - deyə qurumun Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen bildirib.
Bank Respublika 30 illik uğurlu fəaliyyəti ərzində müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk beşlikdə möhkəmlənmişdir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Daha ətraflı məlumatı "Bank Respublika"nın rəsmi saytından, facebook səhifəsindən və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür.
AYİB ölkənin real sektorunun dəstəklənməsi üçün Bank Respublikaya 2 iri kredit ayırdı - FOTOLARAYİB ölkənin real sektorunun dəstəklənməsi üçün Bank Respublikaya 2 iri kredit ayırdı - FOTOLARAYİB ölkənin real sektorunun dəstəklənməsi üçün Bank Respublikaya 2 iri kredit ayırdı - FOTOLARAYİB ölkənin real sektorunun dəstəklənməsi üçün Bank Respublikaya 2 iri kredit ayırdı - FOTOLARAYİB ölkənin real sektorunun dəstəklənməsi üçün Bank Respublikaya 2 iri kredit ayırdı - FOTOLAR

İqtisadiyyat       Tarix: 15 dekabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində


azerbaycan xeberleri son xeberler yeni xeberler ensonxeberler azerbaycan son xeber bugun son xabar hava proqnozu