Aytmatov: "Sülh müqaviləsinin imzalanması ilə bağlı xəbər gözlənilməz olacaq"
Ötən il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi baş tutmadı. Buna müxtəlif amillər səbəb olsa da, əsas səbəb Ermənistanın qeyri-konstruktiv mövqeyi idi. Ötən ilin sonunda bir çox siyasi ekspertlər sülh müqaviləsinin 2024-cü ilin əvvəlində bağlanacağını ehtimal edirdilər. Əslində vəziyyət necədir və bu il sülh müqaviləsi baş tuta bilərmi? Xarici ekspertlərin əksəriyyəti yaxın vaxtlarda iki ölkə arasında sazişin bağlanma ehtimalından danışır.
KONKRET.az xəbər verir ki, ukraynalı hərbi ekspert, "İnformasiya müqaviməti" qrupunun siyasi müşahidəçisi Aleksandr Kovalenko da bu fikirdədir:
"Mən indi Ermənistanın bu məsələdə mövqeyinə şübhə ilə yanaşıram. Ermənistan bir çox hərəkətləri ilə Azərbaycana qarşı, yumşaq desək, sülhsevərliyini nümayiş etdirmir. Və Azərbaycanın elə əraziləri var ki, Ermənistan hələ də geri qaytarmayıb. Sual yaranır ki, hələ tam dəqiqləşdirilməmiş sərhədin demarkasiyası prosesi fonunda müqaviləyə necə imza atıla bilər? Mən hətta İrəvanda hansısa nüfuzlu üçüncü qüvvənin vasitəçiliyi ilə belə, Ermənistanın Azərbaycana qarşı sülh istəyi və mehriban qonşuluq niyyətini görmürəm. Orada hər şey Bakı ilə yeni qarşıdurma xəttinə doğru qurulur".
Qazaxıstanlı politoloq Atbek Aytmatov isə hesab edir ki, müqavilənin imzalanması üçün müsbət addımlar atılıb. Və rəsmi Bakı bu istiqamətdə hər şeyi edib:
"Məncə, İrəvandan eşidilən hər hansı fərdi, bəzən açıq-aşkar revanşist xarakterli bəyanatlara diqqət yetirməyə dəyməz. İrəvanın siyasi meydanında elə vəziyyət yaranıb ki, orada tam anarxiya hökm sürür. Bu məsələdə qətiyyən konstruktiv olmayan erməni diplomatiyasının rəhbəri Mirzoyan və ya regionda Amerika xüsusi xidmət orqanlarının maraqlarını təmsil edən Təhlükəsizlik Şurasının rəhbəri Qriqoryan var.
Bu adamlar Ermənistanla Azərbaycan arasında heç vaxt sülh olmayacağı ilə bağlı xəbərləri ictimaiyyətə ötürməklə məşğuldur. Amma onların bəyanatlarına baxmayaraq, proseslər fərqli məcrada gedir. Əsas iş görülüb. Problemli məsələlər üzrə anlaşma bazası formalaşıb. Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində Ermənistan tərəfi ilə konsensus əldə edilib. Anklavlarla bağlı məsələ müzakirə olunub. Ermənistan delimitasiya məsələsində razılığa gəlib. Hətta bu istiqamətdə komissiyaların tərkibi və konkret iş qrafiki də formalaşdırılıb".
Politoloq İlham Əliyevlə Paşinyanın Sankt-Peterburqda ayaqüstü söhbətini məhsuldar hesab edir. Onun fikirincə, liderlərin konkret nəyi müzakirə etdiklərini əminliklə söyləmək mümkün deyil:
"Görünür, Kreml dekabrın 25-də və 26-da Sankt-Peterburqda keçirilən sammitdə Paşinyanın bütün şübhələrini aradan qaldırmağa və mübahisəli məsələləri bağlamağa nail oldu. Və Bakı indi də ilkin bəyanatlar şəklində hər hansı siyasi sensasiya yaratmaq niyyətində deyil. Görünür, danışıqlar qapalı, qeyri-ictimai formatda aparılır. Bakı vasitəçilik platformalarından və Qərbin səylərindən imtina edərək, Ermənistanla bütün məsələlərin yalnız ikitərəfli dialoq şəklində həllinə daha çox üstünlük verdiyini açıq şəkildə ifadə etdi. Və o, gələcəkdə bu strategiyadan əl çəkməyəcək.
Ona görə də hesab edirəm ki, sülh müqaviləsinin imzalanması ilə bağlı xəbər çoxları üçün gözlənilməz olacaq. Bu, Bakının tərəfdaşlarını və dostlarını sevindirəcək. Cənubi Qafqazda sülhü pozmaq arzusunda olanları isə ciddi qəzəbləndirəcək".
Vəli Həsənov,
KONKRET.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var