Sabah Bakıda Azərbaycan-İraq Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Dekabrın 4-də Bakıda Azərbaycan və İraq arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclası keçiriləcək.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Azərbaycan tərəfindən komissiyanın həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İraq tərəfindən isə rabitə naziri Xəyyam Əl-Yəsridir.
Xəyyam Əl-Yəsri bu gündən etibarən Bakıda səfərdədir. Səfər çərçivəsində iki ölkə arasında imzalanmış saziş və anlaşma memorandumlarının icra vəziyyəti müzakirə olunacaq.
Səfər iqtisadi və investisiya sahələrində strateji tərəfdaşlığın gücləndirilməsinə, habelə rabitə və rəqəmsal inkişaf sahələrində əməkdaşlığın yeni imkanlarının araşdırılmasına yönəlib.
Xatırladaq ki, hökumətlərarası komissiyanın üçüncü iclası 2023-cü ilin dekabrında Bağdadda keçirilib.
2024-cü ilə olan məlumata görə, Azərbaycanda müxtəlif sektorlarda təxminən 170 İraq şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri də İraqda böyük infrastruktur layihələrində podratçı qismində iştirak ediblər. İraqda tikinti, enerji təchizatı, su təminatı, yol və körpülərin çəkilməsi kimi sahələrdə tələbatın mövcudluğu şirkətlərin fəaliyyəti üçün yeni imkanlar açır.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib