Ayxan Hacızadə: 'Ermənistan Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab verməlidir

Ayxan Hacızadə: 'Ermənistan Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab verməlidir"Ermənistan Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab verməlidir".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistan XİN-in martın 18-də Azərbaycan əleyhinə yaydığı bəyanata cavab olaraq bildirib.
A.Hacızadə vurğulayıb ki, Ermənistan XİN-in bu ölkənin monoetnik dövlət olmamasını beynəlxalq ictimaiyyəti inandırmaq cəhdlərini Ermənistanın əslində monoetnikliyin çoxmillətli Qafqaz bölgəsində anomaliya olduğunu anlamaq istiqamətində ilk addımları kimi qiymətləndirmək olar: "Azərbaycanın çoxmillətli dövlət kimi uğurları əleyhinə Ermənistanın iddiaları ilə bağlı qeyd edək ki, Azərbaycan ərazisində bir çox etnik xalqların vəhdət və sabitlik şəraitində yaşadığı, dövlətin uğuruna güc qatdığı, Milli Məclis üzvlüyü daxil olmaqla bir sıra yüksək vəzifələr tutduqları yaxşı məlumdur. Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan Respublikasının vətəndaşlığı hüquqla yanaşı bir öhdəlikdir. Bunları qəbul edən erməni sakinlərin Azərbaycanda yaşaması üçün lazımi şərait yaradılacaq. Ermənistan tərəfi Azərbaycan ərazisində etnik azlıqları öz uğursuz məkrli siyasətində istifadə etmək niyyətindən əl çəkməli, indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş yüz minlərlə Qərbi Azərbaycan İcmasının hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir".
"Beləliklə, Ermənistanın "etnik uyğunsuzluq" konsepsiyasından və "etnik təmizləmə əsasında monoetnik dövlət titulu"ndan əl çəkib dinc birgəyaşayışı, multikulturalizmi seçdiyinin praktiki göstəricisi məhz Qərbi Azərbaycan İcmasının üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər", - XİN rəsmisi qeyd edib.

Siyasi       Tarix: 19 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər


yeni xeberler son xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne kriminal xeber cəbhədən son dəqiqə krminal bu gun