Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqinin Azərbaycan modeli - ŞƏRH

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqinin Azərbaycan modeli - ŞƏRHAzərbaycan dünyəvi və demokratik ölkə olmaqla yanaşı həm də liberal iqtisadiyyata malik bir dövlətdir. Müstəqilliyin ilk dönəmində liberal iqtisadiyyata və yeni iqtisadi münasibətlərə keçid bir qədər ağrılı və çətin olsa da, sonrakı illərdə vəziyyət pozitiv istiqamətdə inkişaf etməyə başladı.
Əgər "Əsrin müqaviləsi"nin imzalanmasından 2005-ci ilə qədər Azərbaycanda ümumi investisiya həcminin böyük hissəsi neft-qaz sektoruna yönəldilmişdisə, sonrkı dönəmdə mənzərə tam fərqli oldu. Çünki beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli aktoruna çevrilmək istəyən Azərbaycan da özəl sahəni prioritet istiqamət kimi müəyyənləşdirdi. Bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqlədi.
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqinin Azərbaycan modeli - ŞƏRHBu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlıq institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərdi.
Təsadüfi deyil ki, ümumdaxili məhsulda özəl sektorun payı ilbəil artır. Sahibkarlığın inkişafına xidmət edən zəruri hüquqi baza yaradıldı. Bundan sonra neftən gəlir və xarici investisiyalar birbaşa özəl sektorun inkişafına yönəldildi. Daha sonra isə sahibkarlığın inkişafına əngəl olan amillər aradan qaldırıldı. Nəticədə özəl sektor ÜDM-də dövlət sektorunun payına tədricən sahib çıxdı.
Təsadüfi deyil ki, son illər dünyanın yüksək inkişaf etmiş ölkələrinin də üzləşdiyi iqtisadi böhran "İnkişafın Azərbaycan modeli"ni gündəmə gətirir. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə irəli sürdüyü iqtisadiyyatın şaxələndirilməsi konsepsiyası məhz bu modelin əsas elementlərindən olan davamlı iqtisadi inkişafa aparan amildir. Son illərin təcrübəsi iqtisadiyyatın şaxələndirilməsinin ən səmərəli yolu kimi sahibkarlığın inkişafını ön plana çıxarır. Sahibkarlığın inkişaf səviyyəsi iqtisadiyyatın şaxələnməsinə və təsərrüfat sisteminin bir sahədən asılılığının aradan qalxmasına zəmin yaradır.
Ölkəmizdə azad sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biri də Azərbaycanda sahibkarlara "investisiya təşviqi sənədi"nin verilməsidir. Bu sənəd ilə sahibkarlar müəyyən edilmiş vaxt ərzində bir sıra vergilərdən azad edilir və onların fəaliyyətinin genişlənməsi üçün müxtəlif güzəştlər tətbiq olunur. Bu addım son illər ölkəmizdə əlverişli biznes mühitinin yaradılması və azad iqtisadi fəaliyyətin təşviqi istiqamətində görülən işlərin sadəcə bir hissəsidir. Bununla yanaşı, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarlara dövlət maliyyə dəstəyinin davam etdirilməsi, iş adamlarının şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya Şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması öz müsbət nəticələrini verməkdədir.
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqinin Azərbaycan modeli - ŞƏRHAzərbaycanın nail olduğu davamlı inkişaf modeli digər heç bir dövlətin inkişaf yoluna bənzəməyən, mövcud təcrübələri təkrarlamayan milli inkişaf modelidir. Belə bir konsepsiyanın daha hansı elementlərlə təkmilləşdirilməsi üzərində araşdırmalar aparılarkən müxtəlif yanaşmalar ortaya çıxır.
Bəs, bu uğura necə nail olunub?
Birincisi, makro və mikro səviyyədə, eyni zamanda, sosial səviyyədə azad ticarətin inkişafı istiqamətində görülən böyük layihələr, Dövlət proqramları.
İkincisi, regional dəyər zəncirində investisiyanın dəstəklənməsi və regionlararası ticarətin təşviqi iqtisadiyyatın müqayisəli üstünlüklərinin meydana çıxarılması. Bu, eyni zamanda məhsulların regional paylanmasını və rentabelliliyi asanlaşdırdı.
Üçüncüsü, regional siyasətin hüquqi və tənzimləyici islahatlar yolu ilə tənzimlənməsi yerli və xarici investorlara daha böyük bazarlara çıxmaq imkanı verdi.
Dördüncüsü, investisiyanın təşviqi və ixracın inkişafı istiqamətində mövcud institutların imkanlarının genişləndirilməsi islahatların səmərəliliyini artırdı.Özəl sektordakı gözlə görünməyən əngəlləri aradan qaldırıldı.
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqinin Azərbaycan modeli - ŞƏRHBeşincisi, sənayedə hər sektora spesifik yanaşmanın olması sistematik dəyişikliklərə qarşı daha böyük dözümlülüyün mövcudluğuna gətirib çıxardı. Belə ki, hər bir istehsalat sahəsinin öz tələblərinə uyğun yanaşmanın tətbiqi məhsulun bazardakı rəqabət imkanlarına da böyük təsir göstərdi.
Beləcə, qeyd olunan xüsusiyyətləri ölkəmizin mövcud iqtisadi inkişaf əlamətləri ilə uyğunlaşdırılması müsbət nəticələr verdi.
Bununla belə, Azərbaycan höküməti əldə olunanlarla kifayətlənmir. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədi çərçivə strategiya planı kimi yeni hədəfləri seçib.
Əsas hədəflərdən biri ölkədə azad sahibkarlığı inkişaf etdirmək və KOB subyektlərinin makroiqtisadi göstəricilərindəki payını artırmaqdır. "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, bu müddət ərzində kiçik və orta biznes subyektlərinin qeyri-neft və qaz sektoru üzrə ümumdaxili məhsulda payını 35 faizə çatdırmalıdır. Həmçinin qeyri-neft sektoru üzrə məşğulluqda KOB subyektlərinin payının 60 faizə çatdırılması da strateji hədəf seçilib.
Natiq Səlim,
KONKRET.az
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqinin Azərbaycan modeli - ŞƏRHP.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusuna uyğun olaraq dərc edilir.

Sosial       Tarix: 05 sentyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


azerbaycan xeberleri yeni xeberler son xeberler butun xeberler son xeberler bugun 2026 azerbaycan kriminal xeber qarabag