"Azadlığa Dəstək" AKTI: Ağ Ev Bakıya tətbiq etdiyi bədnam "907"ni LƏĞV EDİR

"Azadlığı Müdafiə Aktı" Prezident Buş administrasiyası tərəfindən 1992-ci ildə müzakirəyə çıxarılanda erməni lobbisi senatorlara müraciət edərək ABŞ-ın Azərbaycana yardımlarını dayandırmasına çalışıb və niyyətlərinə çatıblar. "Azadlığı Müdafiə Aktı" qanununa xüsusi "907-ci" düzəliş əlavə edilib:
– Ermənistana tətbiq olunan blokada və qondarma rejimə qarşı zor gücündən istifadə dayandırılmayana qədər Ağ Ev rəsmi Bakıya yardım göstərməyəcək.
KONKRET.az xəbər verir ki, 2011-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.
– ABŞ-ın indiki lideri Co Baydenin Azərbaycana hərbi yardımı qadağan edən bədnam "907"ni görməzdən gəldiyi məqamlar olub. Halbuki bu ermənipərəst düzəlişin 1992-ci il qəbulunda senator kimi onun da payı var idi. Bundan başqa, Bayden sələfi Trampı Bakıya qarşı "907"ni tətbiq etməməkdə günahlandırırdı. Deyəsən, indi özü də ədalətsiz əyrintidən (düzəlişdən) imtina etmək fikrindədir.
Azərbaycana tətbiq olunan "907"nin ləğvi çərşənbə günü ABŞ senatının beynəlxalq əlaqələr komitəsində müzakirə olunub. Çünki bu "düzəliş" Vaşinqtonun Cənubi Qafqaz maraqlarına ziddir. Həmçinin "907" ABŞ-ın neytral vasitəçiliyini kölgəyə salır. Bu lap ermənipərəst Makronun Fransanın həmsədrliyinin bərpası bəyanatlarına oxşayır. Nəhayət, Birlmiş Ştatlar bədnam "907-ci" düzəlişi ləğv etməklə Azərbaycana qarşı belə təzyiq vasitələrindən imtina etmiş olacaq. Həm də Ağ Ev Azərbaycana maliyyə və hərbi dəstək göstərə biləcək.
• Düzü, İranla müharibə riskinin artdığı zamanda ordumuzun ABŞ hərbi texnikası ilə daha da güclənməsinin ziyanı yoxdur.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 18 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber novruz bayramı cəbhədən son vəziyyət valyuta mezennesi