AZAL aviaşirkəti Səmərqənd şəhərinə reyslər açır və Daşkənd şəhərinə uçuşların tezliyini artırır
AZAL aviaşirkəti Səmərqənd şəhərinə reyslər açır və Daşkənd şəhərinə uçuşların tezliyini artırır
Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın yeni səviyyəsi və Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə keçirilən ŞƏT sammitində iştirakı çərçivəsində yenidən nümayiş etdirilib.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan və Özbəkistan siyasi və iqtisadi əlaqələrin fəallaşması fonunda ölkələr arasında uçuşların coğrafiyasının genişləndirilməsi istiqamətində fəal işlərin görülməsini davam edirlər.
Belə ki, oktyabr ayının əvvəlindən Azərbaycanın milli aviadaşıyıcısı AZAL Özbəkistanın daha bir şəhərinə - Səmərqəndə reyslərin yerinə yetirilməsini planlaşdırır. Dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqəndə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı-Daşkənd-Bakı marşrutu üzrə yerinə yetirilən reyslərin tezliyini həftədə 5 dəfəyədək artıracaq.
Hazırda iki paytaxt arasında müntəzəm reyslər bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetirilir, tezliklə isə cümə axşamı və bazar günləri də həyata keçiriləcəkdir.
Yaxın zamanlarda aviaşirkətin www.azal.az rəsmi saytında aviabiletlərin satışının açılması gözlənilir. AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Qeyd olunan daşınma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşlarına icazə verilən sərnişinlər bu reyslərdə daşınmaya qəbul ediləcəkdir.
Azərbaycana və Özbəkistana giriş qaydaları haqqında ətraflı məlumatı aviadaşıyıcının saytında, "Giriş qaydaları" bölməsindən əldə edə bilərsiniz. / oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu