AZAL Bakı-Naxçıvan-Bakı sərnişinlərini səyahətlərini öncədən planlaşdırmağa çağırır

AZAL Bakı-Naxçıvan-Bakı sərnişinlərini səyahətlərini öncədən planlaşdırmağa çağırırAZAL Bakı-Naxçıvan-Bakı sərnişinlərini səyahətlərini öncədən planlaşdırmağa çağırır
Sərnişinlərin artan tələbatına cavab olaraq AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik uçuşların sayını artırmaqda davam edir.
AZAL-dan verilən məlumata görə, bu istiqamətdə hər gün 4 müntəzəm reys yerinə ən azı 12 reysin yerinə yetirilməsi nəzərdə tutulub ki, bu da sərnişinlərə səyahət planlaşdırmaqda rahatlıq və ən əlverişli gediş vaxtını seçmək imkanı verir.
Beləliklə, Azərbaycanın milli aviadaşıyıcısı Bakı ilə Naxçıvan arasında sərnişinlərin reyslərə olan tələbatını tam ödəməyə çalışır.
Aviaşirkət müəyyən şəraitə görə (sağlamlıq vəziyyəti, hüzr mərasimi) təcili olaraq Naxçıvana yola düşən sərnişinlərə qarşı həmişə çevik və anlayışlı olmağa çalışır. AZAL bu sərnişinlərin istəyini qarşılayır və onlara aviabiletlərin alınmasında operativ şəkildə kömək edir.
Lakin aviadaşımalara artan tələbatı nəzərə alaraq, aviaşirkət bütün digər sərnişinlərdən səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviaşirkətin kassalarına uçuşdan üç və ya daha çox gün əvvəl yaxınlaşmağı xahiş edir. Aviabiletləri əvvəlcədən əldə etmək onlara mümkün narahatlıqların qarşısını almağa kömək edəcəkdir.
Qeyd edək ki, mülki aviasiyanın işi də müəyyən plana uyğun təşkil olunur. Bu plana bir çox aspektlər, eləcə də uçuş cədvəli, təyyarələrin uçuşdan əvvəl hazırlanması, yekun yoxlamalar və digər məsələlər daxildir.
Sərnişinlər Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri onlayn qaydada aviaşirkətin rəsmi www.azal.az saytından, AZAL-ın rəsmi kassalarından və ya elektron ünvanı və +994(55) 204 65 54 "WhatsApp" nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət etməklə əldə edə bilərlər.
Qeyd edək ki, respublikadaxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində Azərbaycan vətəndaşları üçün 60 manat, xarici ölkə vətəndaşları üçün isə 70 manat təşkil edir.
Bundan əlavə, 18 yaşınadək əlil uşaqlar, tələbələr, həmçinin I və II qrup əlillər üçün 10 manat güzəşt tətbiq edilir. Yalnız bu kateqoriyadan olan sərnişinlər aviabiletləri aviaşirkətin Bakı və Naxçıvan hava limanlarındakı rəsmi kassalarında əldə edə bilərlər. Həmin sərnişinlər biletləri alarkən müvafiq sənədləri təqdim etməlidirlər. / oxu.az

Turizm       Tarix: 05 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib. Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edib.  xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliy

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam az xeberler son xeber cəbhədən son məlumatlar son.xabar