AZAL daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirdi - FOTOLAR

AZAL daha bir yeni nəsil AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı təyyarələrin ümumi sayı 31-ə çatıb.
Yeni "Airbus A321neo" təyyarəsi yüksək tələbat olan istiqamətlərdə daşıma imkanlarının genişləndirilməsinə və əməliyyat səmərəliliyinin artırılmasına töhfə verir. Bu tip yeni nəsil təyyarələrin donanmaya ardıcıl daxil edilməsi uçuş proqramının planlaşdırılmasında çevikliyi artırır və sərnişin axınının mövsümi dəyişməsinə uyğunlaşmağa kömək edir.
Yeni təyyarə müasir "Airspace" salon konsepsiyası, bortdaxili əyləncə sistemi və yüksək sürətli "Wi-Fi" xidməti ilə təchiz olunub. Yenilənmiş interyer, geniş əl yükü bölmələri və tənzimlənən işıqlandırma sərnişinlərin rahatlığına xidmət edir. "Airbus A321neo" əvvəlki nəsil modellərlə müqayisədə hər oturacaq üzrə təxminən 20 faiz daha az yanacaq sərfiyyatı və karbon emissiyası ilə seçilir.
Qeyd edək ki, Azərbaycan Hava Yolları ilk "Airbus A321neo" təyyarəsini 2026-cı ilin iyul ayında qəbul edib. İkinci "A321neo"nun gəlişi ilə cari ildə donanmaya əlavə olunan yeni təyyarələrin ümumi sayı beşə çatıb. İlin sonunadək bu tipli daha iki hava gəmisinin tədarükü nəzərdə tutulur.
Azərbaycanın milli aviadaşıyıcısı təyyarə tədarükünü uzunmüddətli inkişaf proqramı çərçivəsində ardıcıl şəkildə davam etdirir. Proqramın məqsədi donanmanı genişləndirməklə yanaşı, onun tərkibində müasir hava gəmilərinin payını yüksəltmək və gələcək sərnişin daşımaları üçün dayanıqlı əməliyyat bazası formalaşdırmaqdır.
Bu çərçivədə Azərbaycan Hava Yolları 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı hədəfləyir. Donanmanın yenilənməsi marşrut şəbəkəsinin genişləndirilməsi, əməliyyat səmərəliliyinin yüksəldilməsi, sərnişinlərə təqdim olunan xidmətlərin təkmilləşdirilməsi və pilotların peşəkar hazırlığının gücləndirilməsi ilə paralel aparılır.
AZAL daha bir yeni nəsil AZAL daha bir yeni nəsil AZAL daha bir yeni nəsil AZAL daha bir yeni nəsil AZAL daha bir yeni nəsil / azxeber.com

İqtisadiyyat       Tarix: 03 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən

Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan- karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. -un məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və kart

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa çatdırılıb. Bu barədə -a ƏƏSMN-dən məlumat verilib. Bildirili

Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb

Görüşdə Azərbaycanın rəqəmsal ekosisteminin inkişafı, süni intellekt dövründə telekommunikasiya sektorunda baş verən dəyişikliklər və qadınların texnologiya sahəsində liderliyi müzakirə olunub. Azercell-in baş icraçı direktor

Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır?

Mənzil almaq istəyənlər üçün sərfəli seçimlər: hansı ərazilərdə münasib qiymətə ev tapmaq olar?. Mənzil sahibi olmaq istəyirsənsə, seçim edərkən yalnız evin qiymətinə deyil, ilkin ödənişə, ödəniş imkanlarına və ərazinin üstünlüklərin

AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən AccessBank ilə tərəfdaşlıq çərçivəsində və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Ticarətin Sürətləndirilməsi Proqramı (TAP) çərçivəsində Bakıda xarici və daxil

Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Unibank KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində "Xarici Ticarətin Maliyyələşdirilməsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib

Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 173 manat təşkil edib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, bu göstəric

Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək

İstehlak krediti götürən şəxsə zamin duranlara yeni borc limiti qoyulub. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb. Qərara əsasən, istehlak krediti üzrə təmina

Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsini


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler son xabarlar kriminal bugun cebheden xeber