AZAL-dan "Qış aksiyası" çərçivəsində yeni endirimli aviabiletlər
Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL) aviabiletlərə endirim kampaniyası elan edir.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aviabiletlərin 16 yanvar 2020-ci il tarixindən öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq:
Bakı-Antalya-Bakı - 169 avro
Bakı-İstanbul-Bakı - 179 avro
Bakı-Ankara-Bakı - 189 avro
Bakı-Almatı-Bakı - 189 avro
Bakı-Tel-Əviv-Bakı - 229 avro
Bakı-Berlin-Bakı - 269 avro
Bakı-Paris-Bakı - 299 avro, yanvarın 29-dək reyslər
Bakı-Milan-Bakı - 289 avro
Bakı-London-Bakı - 389 avro
Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilmişdir.
Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55*40*23 sm-dək ölçüdə) daşınması daxildir.
Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur.
Uçuşlar 2020-ci il 15 yanvar - 29 fevral tarixləri aralığında həyata keçiriləcək. Endirimlə əldə olunmuş biletlər geri qaytarılmır və dəyişdirilmir. Reys çərçivəsində "AZAL Miles" bonus proqramından istifadə etmək mümkündür. Bonus proqramı haqqında ətraflı məlumat www.miles.azal.az saytında təqdim edilmişdir.
Aviabiletləri www.azal.az saytında, AZAL-ın kassalarında və şirkətin rəsmi agentliklərində əldə etmək olar.
Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə [email protected] elektron poçt ünvanı və yaxud saytımızda əks əlaqə forması vasitəsilə müraciət edə bilərsiniz.
Milli.Az /news.milli.az

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı