AZAL-ın prezidenti Qətərin Azərbaycandakı səfiri ilə görüşüb
AZAL-ın prezidenti Qətərin Azərbaycandakı səfiri ilə görüşüb
AZAL-ın prezidenti Cahangir Əsgərovun Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşü zamanı iki ölkə arasında mülki aviasiya sahəsində uğurlu tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Bu barədə "Azərbaycan Hava Yolları"nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfirlə görüşdə Cahangir Əsgərov ölkələrimiz arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu ifadə edib.
Onun sözlərinə görə, Azərbaycanla Qətər arasında hava əlaqəsi iki ölkənin turizm potensialının genişləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafı çərçivəsində mühüm rol oynayır.
"Hazırda "Qatar Airways" aviaşirkəti Doha-Bakı-Doha istiqamətində həftədə yeddi reys həyata keçirir. Həmçinin cari ilin noyabr-dekabr aylarında Qətərdə futbol üzrə Dünya Çempionatının keçiriləcəyi dövrdə aviadaşıyıcının bu marşrut üzrə həftəlik reyslərinin sayının artırılacağı gözlənilir", - deyə Cahangir Əsgərov qeyd edib.
Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə və ölkələr arasında işgüzar və turizm əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Zaqatalaya güclü leysan və dolu yağıb
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu