AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO
Ötən il vurulan AZAL-a məxsus təyyarənin bələdçisi Aydan Rəhimli uzun müddət sonra görünüb.
azxeber.com xəbər verir ki, o, təyyarədə azyaşlı uşaqla şəkil çəkdirib.
Bu haqda şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu paylaşım edib.
O fotonun tarixçəsi haqda yazıb:
"AZAL təyyarəsinin qəzaya uğrama videolarını izləyən qardaşım oğlu Tuqaya hadisə çox pis təsir etmiş, təyyarə qorxusu yaranmışdı. Hətta qardaşı doğulanda da nə qədər təkid etdik, Bakıya gəlmək istəmədi.
Bir neçə gün əvvəl valideynlərilə birgə Bakıya gəlməyə razılaşan Tuqay təsadüfən qəzada sağ qalan, Rəşadət ordeni ilə təltif olunan Aydan xanımla təyyarənin salonunda rastlaşıb. Naxçıvandan qayıdan Aydan xanım ona təyyarənin qorxulu olmadığını, daha qəza olmayacağını, birlikdə rahat uçacaqlarını deyərək inandırmağı bacarıb".
Qeyd edək ki, 2024-ci ilin 25 dekabrında Bakı-Qroznı uçuşunu icra edən AZAL-a məxsus təyyarə qəzaya uğrayıb.
Xəsarət alan Aydan Rəhimli qəhrəmanlığına görə prezident tərəfindən 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Mikayıl


AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır