"AZAL karyera günü" gələcək mütəxəssislər üçün yeni imkanlar açıb - FOTO

"AZAL karyera günü" gələcək mütəxəssislər üçün yeni imkanlar açıb - FOTO
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) mülki aviasiyada iş perspektivləri haqqında daha çox məlumat təqdim etmək üçün ilk dəfə olaraq "AZAL karyera günü" adlı tədbiri uğurla keçirib.
Bu barədə AZAL-ın Mətbuat Xidmətindən verilən məlumatda bildirilir.
Qeyd olunur ki, tədbir bir çox tələbə, məzun və aviasiya sahəsində karyera ilə maraqlanan mütəxəssisləri cəlb edib. Onlar AZAL-da vakansiyalar, tələblər və inkişaf imkanları haqqında məlumat əldə ediblər.
İştirakçılar, həmçinin öz tərcümeyi-hallarını (CV) təqdim edə və aviaşirkətin nümayəndələrindən birbaşa dəyərli məsləhət və tövsiyələr ala biliblər.
Tədbir ziyarətçilərə AZAL-ın Maliyyə, İnsan Resursları, Aviasiya Təhlükəsizliyi, Strateji İnkişaf və digər departamentlərinin nümayəndələri ilə görüşmək üçün imkan yaradıb. Bundan əlavə, iştirakçılar AZAL-ın təyyarə bələdçiləri və pilotları ilə söhbət etmək fürsəti əldə ediblər.
"Biz aviasiyaya olan sevgimizi bölüşən istedadlı və həvəsli insanları cəlb etməyə çalışırıq. İşəgötürmə prosesinin şəffaflığı, əməkdaşlara təklif olunan əlavə imtiyazlar, əməkdaşlarının məmnunluğu və loyallığı əsas prioritetlərimizdəndir", - deyə AZAL-ın İnsan Resursları İdarəsinin rəisi Ellada Alışova bildirib. - Ümid edirəm ki, bu, "AZAL karyera günü" ziyarətçilərini ruhlandıracaq və gələcək karyeraları ilə bağlı qərarlar qəbul etməyə kömək edəcək".
"Qeyd edək ki, bu tədbirdə təqdim olunan bütün CV-lər diqqətlə nəzərdən keçiriləcək. Tələblərə cavab verən namizədlər əməkdaşlıq imkanlarının müzakirə ediləcəyi müsahibələrə dəvət olunacaqlar.
"AZAL karyera günü" aviaşirkətin Azərbaycanda mülki aviasiya sahəsinə yeni mütəxəssisləri cəlb etmək və hazırlamaq istəyini əks etdirən unikal platforma oldu. AZAL aktiv şəkildə onlar üçün perspektivlər açmağa və bu sahədə istedadlı işçiləri dəstəkləməyə davam edir", - milli aviadaşıyıcının məlumatında vurğulanır.
/ oxu.az

Turizm       Tarix: 18 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler cebheden xeberler valyuta mezennesi 2026 xeberler bugun