AZAL öz sərnişinlərinə Novruz bayramı münasibətilə endirim hədiyyə edir - FOTO
AZAL öz sərnişinlərinə Novruz bayramı münasibətilə endirim hədiyyə edir - FOTO
"Azərbaycan Hava Yolları" aviaşirkəti martın 20 və 21-də Novruz bayramı münasibətilə bir sıra məşhur istiqamətlərə 20% güzəşt təklif edir.
Bu barədə Oxu.Az-a aviaşirkətdən bildirilib.
Təklif 28 mart - 20 aprel 2023-cü il tarixləri arasında həyata keçiriləcək gediş-gəliş reyslərinə şamil edilir.
AZAL-ın 10-dan çox məşhur marşrutu üzrə güzəştli aviabiletlər əldə etmək mümkündür. İstiqamətlər arasında: Milan, London, Praqa, Berlin, Dubay, İstanbul, Antalya, Moskva ("Domodedovo" və "Vnukovo" hava limanları), Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Astana və Almatı.
Bu uçuşlara aviabiletləri [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək, o cümlədən kassalarda və ya aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.
"Azərbaycan Hava Yolları" qarşıdan gələn Novruz bayramı münasibətilə bütün sərnişinləri təbrik edir, sevinc və parlaq anlarla dolu səyahətlər arzulayır!


Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
Millətlər Liqası: Bu gün daha 10 oyun var