AZAL "Skytrax" reytinqində sabit yüksək statusunu təsdiqlədi - FOTO

AZAL AZAL "Skytrax" reytinqində sabit yüksək statusunu təsdiqlədi - FOTO
23 sentyabr 2022-ci il, London – AZAL aviaşirkəti və ölkənin ilk aşağıbüdcəli aviadaşıyıcısı "Buta Airways" şirkəti "Skytrax 2022 World Airline Awards" tərəfindən beynəlxalq mükafat nominasiyasında – "Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı regional aviaşirkəti" və "Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı aşağıbüdcəli aviaşirkəti" mükafatının qalibi olub.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aviaşirkətlərin "Skytrax" tərəfindən mükafatlandırılması bu gün, 23 sentyabr tarixində London şəhərində keçirilən təntənəli mərasim çərçivəsində baş tutub.
Azərbaycanın milli aviadaşıyıcısı xidmət, qonaqpərvərlik və uçuşların təhlükəsizliyi sahəsində yüksək səviyyəli xidmətin göstərilməsi üzrə növbəti dəfə öz lider statusunu təsdiq etdi, aşağıbüdcəli aviaşirkət olan "Buta Airways" isə ilk dəfə "Skytrax" tərəfindən nominasiyada qalib oldu. 
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" sərnişin aviaşirkəti həmçinin "Skytrax" tərəfindən "4 ulduz" reytinqinə layiq görülmüşdür. Bu status aviaşirkət tərəfindən havada və yerdə təklif edilən xidmətlərin keyfiyyətini yoxlayan müstəqil auditin nəticələrinə əsasən formalaşır.
"Aviaşirkətlərin göstərdiyi xidmətlərin yoxlanılması sahəsində nüfuzlu təşkilat olan "Skytrax" bir daha bizim fəaliyyətimizi yüksək qiymətləndirib. Qeyd edim ki, AZAL-ın bütün nailiyyətləri və uğurları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və dəstəyi sayəsində mümkün olmuşdur. Bu nominasiyalarda qələbə bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan aviaşirkətləri tərəfindən göstərilən xidmətin etibarlılığının və yüksək keyfiyyətinin təminatı, həmçinin beynəlxalq aləmdə onlar tərəfindən qəbul olunmasının sübutudur. AZAL daim brendin təkmilləşdirilməsi üzərində çalışır və hər zaman öz sərnişinlərinə qarşı diqqətli olur", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
"Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı regional aviaşirkəti" mükafatına 11-ci dəfə layiq görülməsi "Azərbaycan Hava Yolları" aviaşirkətinin fantastik nailiyyətidir. Son 18 ayın bütün çağırışlarına baxmayaraq, sərnişinlərin dəstəyi "Azərbaycan Hava Yolları"nın rəhbərliyi və bütün kollektivi üçün qiymətlidir", - deyə "Skytrax"ın icraçı direktoru Edvard Playsted bildirib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda "Skytrax" şirkətinin ən yüksək reytinqinin - "5 Ulduz" mükafatının sahibidir. O, həmçinin "Skytrax World Airport Awards" versiyasına görə dəfələrlə Mərkəzi Asiya və MDB ölkələri üzrə ən yaxşı hava limanı reytinqinə başçılıq edib.
"Skytrax" müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşmış nüfuzlu Britaniya şirkətidir. Şirkət aviadaşıyıcıların və hava limanlarının xidmətinin keyfiyyətini qiymətləndirmək məqsədilə hər il sərnişinlər arasında müxtəlif sorğular keçirir.
AZAL / oxu.az

Turizm       Tarix: 24 sentyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər 2026 cəbhədən son xeber sonxabar az