AZAL və "Buta Airways"in rəsmi internet saytında aviabiletlərin onlayn bron edilməsi ilə bağlı XƏBƏRDARLIQ
AZAL və "Buta Airways"in rəsmi internet saytında aviabiletlərin onlayn bron edilməsi ilə bağlı XƏBƏRDARLIQ
AZAL və "Buta Airways" aviaşirkətlərinin rəsmi internet saytında aviabiletlərin onlayn bron edilməsi zamanı nasazlıqlar yarana bilər.
AZAL QSC və "AzeriCard" prosessinq mərkəzindən verilən məlumata görə, onlayn ödənişi dəstəkləyən tərəfdaşla "AzeriCard" prosessinq mərkəzi arasında miqrasiya proseslərinin əlaqəsində qismən fasilələr müşahidə olunur.
Mərkəz tərəfindən texniki nasazlıqların operativ şəkildə aradan qaldırılması üçün bütün zəruri tədbirlər həyata keçirilir.
"Hazırda tərəfdaş "PayOn" vasitəsilə ödəniş zamanı çətinliklər yarana bilər. Bununla əlaqədar olaraq, mənfi halların qarşısının alınması üçün AZAL ilə birbaşa inteqrasiya nəzərdən keçirilir", - deyə "AzeriCard"dan bildiriblər.
Aviabiletlərin onlayn alınması zamanı yaranan problemlərlə bağlı [email protected] və [email protected] çağrı mərkəzinə və ya "WhatsApp" nömrələrinə müraciət edilməlidir: +994 70 437 40 82 (Azərbaycan Hava Yolları) və +994 70 437 40 86 (Buta Airways).
Yaranmış narahatlığa görə AZAL və "AzeriCard" prosessinq mərkəzi sərnişinlərdən üzr istəyir. / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu