AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR

AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR18 sentyabr Milli Musiqi Günü münasibətilə Azərbaycan Hava Yolları və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə "Səmanın ritmi" musiqi müsabiqəsi keçirilib.
azxeber.com xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan Hava Yollarının uçuşdaxili musiqilərinin yenilənməsi və aviaşirkətin brend kimliyini əks etdirən unikal instrumental kompozisiyaların hazırlanması olub.
Müsabiqədə Azərbaycan Milli Konservatoriyasının 7 tələbəsi ümumilikdə 21 kompozisiya təqdim edib. Qiymətləndirmənin nəticələrinə əsasən, ən çox xal toplayan üç tələbə müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülərək mükafatlandırılıb.
Təqdim olunan əsərlər bəstəkarlar və Azərbaycan Hava Yollarının rəhbər heyətinin üzvlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Həmçinin münsiflər heyətində Azərbaycan Milli Konservatoriyasının "Dirijorluq" kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundova-Talıblı, "Populyar musiqi və caz ifaçılığı" kafedrasının dosenti, Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadə, həmin kafedranın müəllimi, Xalq artisti, caz bəstəkarı Salman Qənbərov, müstəqil ekspert qismində isə Bəstəkarlar İttifaqının nümayəndəsi, Əməkdar artist, bəstəkar Vüqar Camalzadə yer alıblar.
Müsabiqə nəticəsində seçilmiş üç kompozisiyanın yaxın aylarda Azərbaycan Hava Yollarının uçuşlarında sərnişinlərin qarşılanması və yola salınması zamanı, eləcə də uçuşdaxili əyləncə sistemində fon musiqisi kimi səsləndirilməsi nəzərdə tutulur.
"Səmanın ritmi" layihəsi gənc musiqiçilərə yaradıcılıq potensiallarını nümayiş etdirmək və əsərlərini daha geniş auditoriyaya çatdırmaq imkanı yaradır. Azərbaycan Hava Yolları ilə Azərbaycan Milli Konservatoriyasının əməkdaşlığı çərçivəsində ərsəyə gələn kompozisiyalar sərnişinlərin səyahət təcrübəsinə yeni musiqi çalarları qatacaq.
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLARAZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLARAZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR

İqtisadiyyat       Tarix: 18 sentyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Birekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələrigenişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını vəəmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib. xəbə

Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?

Bakıda bazarlarda meyvə-tərəvəzin qiyməti artıb. Bahalaşma bölgələrdən də yan keçməyib. Məhsulların alış qiymətinin yüksək olması onların alıcılara da baha təklif edilməsinə səbəb olur. Bazarlarda mövsümi məhsullar bol ols

Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun

Milli Məclis özəl məhkəmə ekspertinin gəlirlərinin vergiyə cəlb edilməsini ilk oxunuşda qəbul edib. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Məhkəmə ekspertizasını

City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda

City Garden Narimanov-da təməldən mənzil satışları davamedir. Bakını coğrafi mərkəzində yerləşən meqa yaşayış kompleksiCity Garden Narimanov-dan sevindirən xəbər var. Alıcıların gözlədiyi təməldən mənzil seçimi artıq mümkündür

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və İndoneziya arasında iqtisadi və investisiya əlaqələrinin inkişafı, institusional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran investisiya istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbayca

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az 2026 cəbhədən video ən son xəbər cəbhədən son xəbərlər 2026