Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir.
Məlumatlara əsasən, 2025-ci ildə qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin əməkhaqqı isə 1264 manat təşkil edib. 
Beləliklə, qadınların orta aylıq nominal əməkhaqqı kişilərin əməkhaqqının 69,2 faizinə bərabər olub. Başqa sözlə, qadınların orta aylıq əməkhaqqı kişilərin qazancından 389,4 manat az olub.
Əməkhaqqı fərqinin ən çox peşə, elmi və texniki fəaliyyət, maliyyə və sığorta fəaliyyəti, eləcə də emal sənayesi sahələrində nəzərə çarpdığını göstərir. Peşə, elmi və texniki fəaliyyət sahəsində qadınların orta aylıq əməkhaqqı 1224,3 manat, kişilərin əməkhaqqı isə 2349 manat olub. Bu sahədə qadınların qazancı kişilərin qazancının cəmi 52,1 faizini təşkil edib. Beləliklə, qadınlarla kişilər arasında aylıq əməkhaqqı fərqi 1124,7 manata çatıb. Maliyyə və sığorta fəaliyyəti sahəsində də ciddi fərq müşahidə olunur. Burada qadınların orta aylıq nominal əməkhaqqı 2016,8 manat, kişilərin əməkhaqqı isə 3437,8 manat olub. Qadınların əməkhaqqı kişilərin əməkhaqqının 58,7 faizinə bərabərdir. Bu isə aylıq 1421 manatlıq fərq deməkdir.
Mövzu ilə bağlı azxeber.com-a açıqlamasında iqtisadi ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda qadınlarla kişilərin orta aylıq əməkhaqqı arasındakı fərqin əsas səbəblərindən biri onların əmək bazarında müxtəlif sahələrdə və fərqli vəzifələrdə çalışmasıdır:
"Kişilər daha çox neft-qaz, tikinti, nəqliyyat və yüksək əməkhaqqı təklif edən texniki sahələrdə, qadınlar isə təhsil, səhiyyə və sosial xidmətlərdə işləyirlər. Bu sahələrdə əməkhaqqı fərqləri ümumi göstəricilərə də təsir edir. Digər səbəblər arasında rəhbər vəzifələrdə kişilərin daha çox təmsil olunması, iş təcrübəsi, karyera fasilələri və ailə məsuliyyətlərinin qadınların üzərinə daha çox düşməsi var. Bununla yanaşı, eyni vəzifədə çalışan qadın və kişilərə fərqli əməkhaqqı verilməsi ehtimalını da istisna etmək olmaz".
Müsahibimiz qeyd edib ki, peşə seçimində isə qadınların, yoxsa kişilərin daha seçici olduğunu birmənalı demək çətindir:
"Bu, daha çox insanın təhsilindən, bacarıqlarından, ailə vəziyyətindən və iqtisadi imkanlarından asılıdır. Kişilər ailənin maddi təminatı ilə bağlı gözləntilərə görə daha yüksək gəlirli işlərə üstünlük verə bilərlər. Qadınlar isə bəzi hallarda iş saatlarının çevikliyinə, iş yerinin evə yaxınlığına və ailə öhdəlikləri ilə uyğunluğuna daha çox əhəmiyyət verirlər. Lakin bu, qadınların peşə seçimində mütləq daha seçici olması demək deyil. Əsas məsələ insanların seçim imkanlarının nə dərəcədə geniş olmasıdır. Əmək bazarında bərabər imkanların yaradılması, qadınların yüksək maaşlı sahələrə çıxışının genişləndirilməsi və rəhbər vəzifələrdə təmsilçiliyinin artırılması əməkhaqqı fərqinin azalmasına kömək edə bilər".
Aynur Babazadə

İqtisadiyyat       Tarix: 30 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler son xeberler 2026 cəbhədən yeni xəbərlər cəbhədən görüntülər