Azər Badamov: "İranın Ermənistandakı səfiri özünə aid olmayan məsələlərə başını soxur

Azər Badamov: "İranın Ermənistandakı səfiri özünə aid olmayan məsələlərə başını soxur və onun Azərbaycanın suveren əraziləri ilə bağlı İran dövlət başçısından fərqli münasibət bildirməsi başa düşülən deyil".
azxeber.com xəbər verir ki, Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, İran prezidenti İbrahim Rəisi Daşkəntdə Prezident İlham Əliyevlə görüşü zamanı Qarabağ torpaqlarının Azərbaycanın suveren əraziləri olduğunu vurğulayıb və bu ərazilərimizi separatçılardan təmizləyərək, konstitusion hüquqlarımızı təmin etdiyimizə görə ölkə başçımızı və xalqımızı təbrik edib:
"Rəisi həm də Azərbaycanın suveren ərazilərinin bütövlüyünə hörmətlə yanaşdığını bildirərək ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə sadiq olduğunu bir daha ifadə edib. Bundan bir gün sonra isə Ermənistandakı səfir Mehdi Sübhani tamamilə fərqli mövqe nümayiş etdirir. Belə ki, Qarabağda ermənilərin hüquq və təhlükəsizliklərinin təmin olunmasından, o cümlədən öz müqəddəratının təyin etməsindən danışır. Azərbaycanın ərazi bütövlüyünə qarşı olan səfirin bu münasibətinə görə İran XİN-liyi aydınlıq gətirməlidir. İran dövləti İrəvandakı səfirini Azərbaycanla münasibətlərinə xələl gətirə biləcək belə ifadələri işlətdiyinə görə cəzalandırmalıdır. Əgər belə olmazsa bu, İran dövlətinin ikiüzlü siyasət yürütməsi deməkdir. İran səfiri Qarabağda ermənilərin öz müqəddəratının təyin edilməsindən danışırsa, biz də İrandakı 30 milyondan çox  azərbaycanlının öz müqəddəratının təyin etməsi hüququndan danışmalıyıq. Çünki, İranda yaşayan azərbaycanlılar sadəcə ana dilində  təhsil və mədəniyyət kimi təməl hüquqlarından məhrumdur. Bəli, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizlikləri Azərbaycanın Konstitusiyasına əsasən qorunacaqdır. Konstitusiyamız çox demokratikdir və etnik, dini mənsubiyyətindən asıllı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının təmin olunduğunu qeyd olunur. Amma sual olunur ki, İrandakı azərbaycanlılrarın hüquqları nəyə əsaslanaraq təmin olunur? Təbii ki, İranda sadəcə qəbilə qanunlarına görə azərbaycanlılar milli mənsubiyyətlə bağlı  hüquqlarından məhrum edilib. İran səfiri özünün açıqlamalarına diqqət etməlidir. Səfirlər dövləti təmsil edir və dövlət siyasətini müdafiə etməlidir. Amma belə görünür ki, səfir Mehdi Sübhani  ermənilərin xoşuna gələn ifadələri işlətməklə İranın  dövlət siyasətinə əks gedir. Hesab edirəm ki, ölkəmizin XİN-i İran XİN-nə müvafiq məsələ ilə bağlı nota göndərməlidir. İran dövləti öz səfirinin bütün hərəkətlərinə görə məsuliyyət daşıdığından bu məsləyə də münasibət bildirərərək  mövqeyini açıq şəkildə ifadə etsin. Biz də İranın rəsmi mövqeyi nədən ibarət olduğunu bilərik və  siyasətimizi də ona uyğun tənzimləyərik".
Xatırladaq ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani erməni mətbuatına müsahibəsində Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi haqqında sərsəm bəyanatla çıxış edib.

Siyasi       Tarix: 13 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciət mətnini Azərbaycan Respublikası Prezidentini

Türkiyə bu üç ölkə ilə ittifaq qurmalıdır – Perinçek

Türkiyənin müxalif "Vətən" partiyasının sədri Doğu Perinçek iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitini "ittifaqın dəfn mərasimi" adlandırıb. teleqraf-a istinadən xəbər verir ki, o, ABŞ və İsraili

Rusiyadan İrəvan və Bakıya "mesaj": Nikol tələsməlidir

Rusiyanın Cənubi Qafqaz siyasəti barədə adətən bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin danışır. O, bu dəfə də Ermənistan və Azərbaycanla bağlı açıqlamalar verib. Azərbaycanla bağlı deyib ki, Moskva və Bak

Türk düşmənləri Trampa qarşı birləşdi: "Ərdoğanı silahlandırma..."

ABŞ Konqresində Prezident Donald Tramp administrasiyasının Türkiyəyə qırıcı təyyarələr üçün mühərrik satışı və Ankaranın yenidən F-35 qırıcı proqramına qaytarılması ilə bağlı qərarını əngəlləməyə çalışacaqlar. xəbər veri

"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir

"Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəy

Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliye

"İsrailin yerinə olsaydım, Ermənistandan soruşardım ki..."

"İsrail üçün dost ölkələr yoxdur, maraqları var. Bu məsələdə mənim mövqeyim birmənalıdır. İsrail harada maraqlar təmsil olunursa, orada varlar, harada maraqların əleyhinədirsə, o dövlətlə də özlərini düşmək elan edirlər"

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb

Trampın keçmiş köməkçisindən ŞOK ETİRAF - Həbs edilə bilər

ABŞ prezidenti Donald Trampın kəskin tənqidçisi, Ağ Evin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton məxfi sənədlərlə bağlı cinayət işi üzrə günahını etiraf edib. xəbər verir ki, cümə günü Merilend ştatının federa


yeni xeberler azerbaycan xeberleri son xeberler xabarlar cəbhədən ən son xəbər en son xeberler axsam az xeberler