Azər Həsrət: "Təəssüf ki, qardaş Türkiyə bu cür davranışla İranın yanında yer almış oldu..."

Azər Həsrət: "Təəssüflər olsun, həftələrlə apardığımız izahat işinə baxmayaraq qardaş Türkiyədə bəlli mərkəzlər Azərbaycanı İran ağzı ilə tənqid və təhqir etməyə davam edir. Mən bir neçə video çəkərək türk dilində paylaşımlar etmişəm. Bundan başqa sosial media hesablarım üzərində Türkiyə türkcəsində paylaşımlar edərək məsələni izah etdim. Kifayət qədər də ajiotaj yaradıb, diqqət görüb. Altında yazılan şərhlərə baxanda görürəm ki, bizim nə deməyimizdən asılı olmayaraq biriləri Azərbaycanı söyməyə, təhqir etməyə davam edib".
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib: "Bütün bunlara əlbəttə anlayışla yanaşaraq düşünərdik ki, müəyyən zərərli mərkəzlər iki qardaş ölkə arasında nifaq salmaq istəyirlər. Belə bir şəraitdə gözləyərdik ki, qardaş Türkiyənin rəsmiləri çıxıb bir açıqlama versinlər və Azərbaycana yönəlik söyüşləri dayandırsınlar. Amma təəssüflər olsun ki, bu açıqlama uzun müddətdən sonra ala-yarımçıq gəldi. Bir müddət keçməsinə baxmayaraq yenidən Azərbaycana qarşı təhqir kampaniyaları davam etdi. Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral özünün sosial media hesabında Azərbaycan dövlətinə qarşı hədsizlik sayıla biləcək açıqlama verdi. Bununla da göstərmiş oldu ki, əslində Türkiyədən Azərbaycana yönələn təhqir kampaniyalarının arxasında təəssüflə deməliyəm ki, Türkiyə dövlətinin özü və ya bir kəsimi durur. Yəni bunu görmək, eşitmək olduqca ağırdır. Biz qardaşımızdan dəstək gözləyirdik, bizə hörmət gözləyirdik, amma təəssüf ki, qardaş bu cür davranışla İranın yanında yer almış oldu. Halbuki belə məsələlərdə görmüşük ki, İran Azərbaycanı hədəfə alır, söydürür, kampaniyalar aparır. Əlbəttə, qardaş Türkiyənin də bu sırada yer alması çox acı görüntüdür və Türkiyə dövlətinin rəsmiləri bu yolla iki dövlət arasında münasibətlərə, özəlliklə də türklüyümüzə nə qədər böyük zərbə vurduqlarının fərqinə varmalıdırlar. Əks təqdirdə elə yara açmış olacaqlar ki, o yaranın açılması uzun illər alacaq. Atatürk Türkiyəsi bu günə düşməməli idi. Dinçi zehniyyətin əsirinə çevrilməməli idi. Azərbaycan müstəqil dövlətdir və verdiyi qərarlarda da müstəqildir. Necə ki, biz Türkiyənin içində heç nəyə qarışmırıq, istərdik ki, qardaş Türkiyə dövləti də bizim dövlətimizin içində bu cür məsələlərə müdaxilə etməsin. Bizim bütün çağırışlarımız bu yöndə olub bu gün də bu çağırışı yeniləyirik. Ancaq təəssüflər olsun ki, görünür ki, çağırışlarımız uyğun şəkildə dəyərləndirilmir".

Siyasi       Tarix: 13 oktyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyədən Azərbaycanla bağlı saxta paylaşım edənlərlə bağlı - RƏSMİ AÇIQLAMA

Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycanla Türkiyə arasındakı münasibətləri hədəf alan qərəzli və məqsədli paylaşımların aşkarlandığını bildirib. xəbər verir ki, mərkəzin sosial şəbəkə hesabında yayılan açıqlamad

"Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub

"Bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma şəraitində yaşayıblar, bir-birini dəstəkləyiblər"

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

Çinin xarici işlər naziri Van İ oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşündə iştirak edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyi məluma

İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da "Bakı Ağ Şəhər"də olublar. xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsini

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib. paylaşımı təqdim edir:

Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı

Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində apardığı hazırkı siyasət ölkə daxilində ciddi tənqidlərə səbəb olub. xəbər verir ki, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, türkolo

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Ermənistanın Gorus şəhərində oktyabrın 8-də Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri arasında TRİPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib

Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov bu ölkənin deputatı Qurbuks Saini ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyini

"QATAR GETDİ": İranla müharibənin bitməsi belə "respublikaçı"ları xilas edə bilməyəcək

POLITICO nəşrinin yeni sorğusu göstərir ki, Donald Trampın noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində amerikalı seçicilərin əhvalını dəyişməsi olduqca çətin olacaq. Hətta İranla müharibənin başa çatması, benzinin ucuzlaşmas


yeni xeberler azerbaycan xeberleri son xeberler butun xeberler xeberler azerbaycan son xeberler 2026 axsam.az xeberler