Azər komissiyanın rədd cavabından sonra çökdü

Azər komissiyanın rədd cavabından sonra çökdüMərhum aktyor Azər Baxşəliyevin xanımı Nigar "AStar" layihəsində qonaq olub.
azxeber.com Axsam.az-a istinadən xəbər verir ki, o, Azərlə sosial mediada tanış olduqlarını bildirib:
"Azərlə sosial mediada tanış olduq. Tviterdə müəyyən statuslar paylaşırdıq. Daha sonra digər sosial şəbəkələrdən mənə dostluq atdı. Amma elə də əlaqəmiz yox idi. Bir sərgi var idi. Soruşdu ki, "siz də buraya gedəcəksiniz". Onda dəvətlər olanda sosial şəbəkədə kimlər gedir göstərirdi. Cavab verdim ki, "olacağam". Həmin gün onun rayonda çəkilişləri var idi. İcazə almışdı ki, axşam sərgiyə gəlsin. İlk real tanışlığımız belə oldu. Başladı mənə davamlı yazmağa. Aramızda elə bir şey olmadı ki, bəyənirsən, evlənək? Həyat bizi birləşdirdi. Çox oxşayırdıq.
Qızımızın adını qoyanda 2 ad arasında qalmışdıq. Züleyxa adı hər ikimizin nəslində yox idi. Elə ad istəyirdik ki, həm xarixi ölklərdə və vətənimizdə tanınan olsun. İlk siyahıya baxanda o da mənimlə razılaşdı. 
Nigar vurğulayıb ki, onlar tanış olanda Azər xəstəliyi haqqında ona danışıb:
"Tanış olanda demişdi ki, 10 il əvvəl müalicə üçün İranda olunub. Uzun müddət müalicə ilə yaşadı, promlemi yox idi. Ailə qurandan 1 il sonra xəstəlik ciddiləşdi. Anası onun üçün ən yaxşısını edir, hər şeyinə diqqət edirdi. Amma siqaret çəkirdi. Ziyanı çox idi, az idi, bilmirəm. Amma hər dəfə söz verirdi ki, gələn aydan çəkməyəcək. Ola bilər laqeyid yanaşırdı, amma yaxşı bilirdi ki, özünə yaxşı baxmalıdır. Ona deyirdim ki, "bilirsən ki, nə çətinliklərdən keçmisən, bizim bir qızımız var". Son illərdə böyük bir stresi də olmayıb. Hətta qızı olmağını istəyirdi. Deyərdim ki, ən gözəl iləri idi". 
Xanımı əlavə edib ki, Azər Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən aldığı cavabdan sonra çöküb:
"Donor tapmışdıq. Komissiya buraxmadı. Azərlə çox kobud danışmışdılar. Komossiyadan çıxandan sonra psixoloji olaraq çox çökdü. Onu heç vaxt elə görməmişdim. Əsəbini içində çəkirdi. Komissiyadan sonra onun çökdüyü daha çox hiss olundu. O da böyrəyinə təsir etdi, insult keçirdi. Onun dünyasını dəyişəcəyini düşünmürdük. Ən pis halda aylarla, günlərlə yataqda yatacağını düşünürdük. Vəfat etməzdən bir neçə gün əvvəl virusa yoluxmuşduq deyə, Yeni İli onunla keçirmədik. Kaş keçirərdik. 13 yanvar, köhnə yeni ili birgə keçirməyi planlaşdırırdıq. Son danışığımızda Züleyxanın vidolarını ona atırdım. Hadisə baş verəndə bacısı, ana-atası, xalası yanında olublar. Gülüblər-danışblar və birdə gülən zaman bacısına deyib ki, səni iki nəfər görürəm. Təcili yardım gəlib xətəxanaya aparıb. Mənə gecə ilə yox, səhər deyiblər".
Qeyd edək ki, A.Baxşəliyev böyrək çatışmazlığından əziyyət çəkirdi. Yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olan aktyorun ürəyi dayanıb, yanvarın 5-də vəfat edib. A.Baxşəliyev tamaşaçılara "Ağsaqqal" obrazı ilə tanışdır.

Sosial       Tarix: 06 avqust 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan nefti 109 dolları keçdi

Dünya bazarında neft qiymətləri kəskin bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında bir barelinin qiyməti əvvəlki göstəric

Süni qiymət artımı nədir? – İqtisadçı izah edir

Yay mövsümündə istirahət məkanlarında qida və içkilərin qiymətlərinin kəskin bahalaşması yenidən müzakirə mövzusuna çevrilib. Bəzi obyektlərdə yeməklər fərqli adlarla bir neçə dəfə baha qiymətə təklif olunur, hətta adi suyu

Azərbaycanın xarici borcu azaldı

Bu il iyulun 1-nə Azərbaycanın daxili dövlət borcu 15 milyard 982 milyon ABŞ dolları təşkil edib. xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, ölkənin daxili dövlət borcu ötən ilin eyni dövr

Bu MMC yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur

Dövlət Gömrük Komitəsinin (DGK) "Azterminalkompleks" Birliyi nəqliyyat vasitələri və texnikaların cari təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub. Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi "S

Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - TƏBİB yaralıların vəziyyətini açıqladı

Göygöl rayonunda baş verən hadisə nəticəsində 25.07.2026-cı il tarixində saat 19:20 radələrindən etibarən 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) isə Gəncə Birləşmiş Xəstəxanasının nəzdind

Günəş kremi xərçəngə səbəb olurmu?

Sosial şəbəkələrdə günəş kremlərinin dəri xərçənginə səbəb olduğu ilə bağlı yayılan iddialar elmi araşdırmalar tərəfindən təsdiqlənmir. Mütəxəssislər bildirirlər ki, düzgün istifadə olunan günəş kremləri əksinə, zərərli ultrabənövşəy

Bu günün valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 23-nə qüvvədə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. KONKRET.azxəbər verir ki, AMB-dən verilən məlumata görə, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsind

Qızıl ucuzlaşdı - Son qiymətlər açıqlandı

Qlobal əmtəə bazarlarında qızıl və gümüşün qiymətlərində eniş qeydə alınıb. xəbər verir ki, birja göstəricilərinə əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçerslər

Bu universitetə magistr qəbulu ləğv edildi

2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında Naxçıvan Müəllimlər İnstitutu üzrə plan yeri nəzərdə tutulmayıb. -a istinadən xəbər verir ki, ötən il institut üzrə magistraturay


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xeber kriminal bugun son xeber son xabar