Azər müzakirə olunan şousu barədə: "TikTok"u mədəniləşdirəcəyəm" - FOTO

Azər müzakirə olunan şousu barədə: Azər müzakirə olunan şousu barədə: "TikTok"u mədəniləşdirəcəyəm" - FOTO
Aparıcı Azər İsmayılovun (Azər Zahid) "TikTok"da etdiyi "Təkərdə" şousu bir neçə gündür sosial şəbəkədə müzakirələrə səbəb olub. 
Axşam.az xəbər verir ki, bir çoxları statuslar yazaraq, şounun reytinqindən, orada qazanılan pullardan və izləmə sayının çoxluğundan bəhs edib.
Texnobloqer, Mətbuat Şurasının üzvü Fərid Pərdəşünas şou ilə bağlı paylaşım edərək, onun 2 günə 10 min dollar qazandığını vurğulayıb:
"Azərbaycan sosial media məkanında 1 ilk yaşandı. Azər Zahidin təsis etdiyi "Təkərdə" realiti-şousunun canlı yayımına TikTok platforması üzərində real zamanda 50 000 izləyici toplandı. 13 milyon bəyənmə və yüksək hədiyyəli yarışda qazancın 10 000 dollardan çox olduğunu təxmin edirəm. Azər düz edirmi? Əlbəttə, düz edir. "Maşın" şou ola bilər, amma beləsi yox? Yəni əgər efirlərimizdə belə şey varsa, niyə də "TikTok"da olmasın. Bu adamlar cəmiyyətin istədiklərini verirlər".
Məsələ ilə bağlı Azər Zahid Axşam.az-a açıqlama verib. O, səs-küylü şoudan gələn qazancdan, istifadə etdiyi texniki vasitələrdən danışıb:
"Televiziyada şou necədirsə, bizdə də elədir: işçi heyətimiz var, sponsorlarla müqavilə imzalanır, kənardan gələn heyət olur. Sosial şəbəkədə çox söz yazırlar. Yayım texnologiyam, televiziyadakı kimidir. Avstraliyadan, digər xarici ölkələrdən texnika gətirmişəm. "TikTok"u hər zaman söyüş yeri kimi tanıyırlar. Mən isə buranı mədəniləşdirmək istəyirəm. Sistemi elə qurmuşam ki, televiziya kimi olacaq. Filan saatda bu proqram, o biri saatda başqa veriliş başlayacaq. İştirakçılar öz yayımlarında başqa cürdür, mən isə etikanı qoruyuram.
Sosial şəbəkədə eyni anda canlı yayımı 50 min izləyici izləməyib. Bu rəqəmlər hər gün artır. Gün ərzində hesablasaq, bizim ümumilikdə 1 milyon izləyicimiz olur. Hansı telekanalı 1 gündə bu qədər insan izləyir? Növbəti buraxılışımızda xaricdən iştirakçılar olacaq. Türkdilli dövlətlərdən iştirakçıları birləşdirib, yarış keçirəcəyəm. Çoxları özləri gəlmək üçün mənə müraciət ediblər. İndi televiziyalar saytlara uduzub. İndi sosial şəbəkə hər şeydən birinci gəlir".
Azər - "Deyirlər, 2 gündə atılan hədiyyələrdən 10 min dollar qazanmısınız", - sualına belə cavab verib:
"Azərbaycanda orada qazanılan pulu çıxarmaq mümkün deyil. İştirakçılara gələn 1-2 milyonluq hədiyyələr sıralamadan geri qalmasınlar deyədir. Bu işin mətbəxini çoxları bilmir. İnsanlar götürüb 10 min dollar günə qazanmağımı yazmaqdansa, izlənmə rekordumu, televiziya formatını sosial şəbəkəyə gətirməyimi yazsınlar. Bunlar virtual məbləğdir. Tək bir ünvana gəlmir bu məbləğ. Onu gəlir kimi də göstərmək olmur. Azərbaycan bank sistemində bu pulu çıxarmaq sistemi yoxdur. Nağdlaşdırmaq olmur. İndi deyirlər Azərbaycanda da "TikTok"la müqavilə bağlanacaq. Onda biz də Türkiyə, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdə olduğu kimi, onu pul formasında çıxara biləcəyik. Əvvəl bunu Türkiyə, Rusiya vasitəsi ilə pula çevirib çıxarmaq olurdu. Amma ötən ildən bu da mümkün deyil".
Azər müzakirə olunan şousu barədə: / oxu.az

Şou Biznes       Tarix: 19 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Özündən 24 yaş kiçik həyat yoldaşından boşandı

Müğənni Berdan Mardini ötən ilin aprelində evləndiyi həyat yoldaşı Dilara Talaydan boşanıb. Cütlük bu gün qatıldığı məhkəmə prosesində səssiz-sədasız həyat yollarını ayırıb. Qeyd edək ki, Berdan Mardini ilə həyat yoldaş

Zaur Rzayev harada dəfn olunacaq?

"Xalq artisti Zaur Rzayevlə vida mərasiminin harada keçirilməsi ailəsinin verəcəyi qərara bağlıdır. Bu barədə -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Zaur Rzayevin ailəsi ilə əlaqə saxlamaq isə mümkün olmayıb. Xanəndəni

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun 2026 maliyye xeberler bugun hava durumu zelzele