Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçilərin gündəlik bank əməliyyatlarını daha rahat həyata keçirməsinə imkan yaradır.Tətbiqin əsas yeniliklərindən biri ATB müştərilərinin ailə üzvləri üçün nəzərdə tutulmuş Ailə bankçılığı funksiyasının istifadəyə verilməsidir.
Ailə bankçılığı - bank xidmətlərinə yeni yanaşma
Yeni Ailə bankçılığı həlli rəqəmsal bankçılığa fərqli yanaşma təqdim edərək bank xidmətlərindən yalnız əsas kart sahibinin deyil, onun ailə üzvlərinin də rahat şəkildə faydalanmasına imkan yaradır. Artıq ailə üzvləri üçün birbaşa tətbiq üzərindən kart sifariş etmək, ödənişlər aparmaq, xərc limitlərini müəyyənləşdirmək və kartları idarə etmək mümkündür.
Bu funksiya ailə daxilində gündəlik maliyyə əməliyyatlarının idarə olunmasını asanlaşdırır, valideynlərə övladlarının xərclərinə nəzarət etmək imkanı yaradır və uşaqların maliyyə savadlılığının inkişafına töhfə verir.
Daha geniş rəqəmsal imkanlar
Yenilənmiş atb360 tətbiqində istifadəçilərə gündəlik bank əməliyyatlarını daha rahat həyata keçirmək üçün yeni əlavə imkanlar da təqdim edir.
Tətbiq vasitəsilə ƏDV geri almaq, AniPay xidmətindən istifadə etmək, QR əməliyyatları aparmaq və mövcud depozitlər haqqında məlumat əldə etmək mümkündür.
Bununla yanaşı, müştərilər olduqları yerdən, filiala getmədən atb360 vasitəsilə onlayn krediti anında sərfəli şərtlərlə əldə edə bilərlər.
Rəqəmsal bankçılığa keçiddə növbəti mərhələ
atb360-ın yenilənməsi Azər Türk Bankın ənənəvi bank xidmətlərini mərhələli şəkildə rəqəmsal mühitə keçirmək strategiyasının tərkib hissəsidir. Bank atb360-ı mərhələli şəkildə inkişaf etdirərək müştərilərə daha geniş bank xidmətlərindən məsafədən faydalanmaq imkanı yaratmağı hədəfləyir. Əsas məqsəd bank xidmətlərini mərhələli şəkildə rəqəmsal mühitə daşıyaraq müştərilərin maliyyə ehtiyaclarını filiallara getmədən, atb360 üzərindən qarşılaya bilməsini təmin etməkdir.
atb360 tətbiqini App Store və ya Google Play üzərindən yükləmək və son versiyaya yeniləmək mümkündür.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 777 09 45, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. / azxeber.com

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU