Azər Türk Bank kredit kampaniyasını davam etdirir
Dövlət bankı Azər Türk Bank müştərilərin marağını nəzərə alaraq,istehlak kreditləri üzrə başladığı kampaniyanın müddətini uzatdı.
Kampaniya zamanı, Azər Türk Bankın müştərilərinə təklif etdiyi, 3 aydan 12 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 14% səviyyəsində olacaqdır. Komissiya haqqı - 0%.
13 aydan 48 ayadək olan istehlak kreditlərinin faiz dərəcəsi 15%-dən başlayır. Bu kampaniyada atb card sahibləri üçün xüsusi şərtlər mövcuddur.
Belə ki, minimum 300 AZN və ya bu məbləğin xarici valyuta ekvivalentində alış-veriş əməliyyatları aparmış debet atb card sahibləri üçün 3 aydan 48 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 13,5%-dən başlayır. Müddətindən asılı olmayaraq, verilən bu kreditlərə görə heç bir komissiya nəzərdə tutulmamışdır.
Qeyd edək ki, Bank müştərinin aylıq gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.
Kampaniya 28 fevral 2022-ci il tarixinədək davam edəcəkdir. Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz

Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə birliyinin siyasi və strateji təntənəsi
Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi
İlham Əliyev: 'Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Dünya bazarında neft ucuzlaşdı
"Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ
Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Hakan Fidan Rusiyaya səfər edəcək
Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi
Fərhad Mehdiyevin qızı faciəvi şəkildə həyatını itirdi
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar
DÇ-2026: Argentina və Fransa mübarizəyə qoşulur
Fransa və Argentina mübarizəyə qoşulur - DÇ-nin təqvimi
Türkiyədə avtomobilin dərəyə aşması nəticəsində 3 uşaq ölüb