Azər Türk Bank mükafatlara layiq görüldü

Azər Türk Bank mükafatlara layiq görüldüAzərbaycan Banklar Assosiasiyası 2025-ci il ərzində ölkə bankları tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək ən fəal maliyyə-kredit təşkilatlarını mükafatlarla təltif edib.
Dövlət bankı Azər Türk Bank (ATB) ötən il ərzində bir sıra layihələrin təşkilatçısı və tərəfdaşı kimi fəaliyyətinə görə "Korporativ sosial məsuliyyət" nominasiyası üzrə mükafata layiq görülüb.
Bu istiqamətdə Bank əhəmiyyətli tədbirlər görmüş, layihələr gerçəkləşdirmiş, sazişlər imzalamışdır.
Qeyd edək ki, Azər Türk Bank davamlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüslərdən biri olan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulub.
160-dan çox ölkədən 20 000-dən artıq təşkilatın iştirak etdiyi bu təşəbbüsə imza atmaqla Bank sosial məsuliyyət, korporativ idarəetmə, ekologiya   sahəsində beynəlxalq səviyyədə qəbul edilmiş standartlara sadiq qaldığını bir daha təsdiqləmişdir.
Bankın əldə etdiyi digər mükafat "Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank" nominasiyası üzrədir.
Bank beynəlxalq maliyyə institutları, dünyanın nüfuzlu təşkilatları ilə əlaqələrə xüsusi əhəmiyyət verir. Keçən ilin sonlarında Azər Turk Bank ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi üçün mühüm kredit sazişi imzalanmışdır.
Azər Turk Bank bu saziş çərçivəsində əldə olunmuş vəsaitləri istehsal, xidmət, kənd təsərrüfatı və digər sektorlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinə təkrar kredit şəklində təqdim etməklə onların investisiya imkanlarını genişləndirərək Azərbaycanın özəl sektorunun inkişafına mühüm töhfə verməkdədir.
Bundan əlavə 2025-ci ilin noyabr ayında Azər Türk Bank Milli Depozit Mərkəzi və Bakı Fond Birjası ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin  Əbu-Dabi şəhərində Tabadul layihəsi çərçivəsində  Tabadul Ticarət Mərkəzinə qoşulmaq məqsədilə Əbu-Dabi Birjası ilə Kollektiv Mübadilə Razılaşması imzalayıb. Tabadul qarşısında ticarət öncəsi pul öhdəliklərinin tanınması və pul hesablaşmalarının həyata keçirilməsi məqsədilə Azər Türk Bank hesablaşma agenti kimi təyin edilib. 
Həmçinin Bank özünün fəaliyyəti dövründə hər zaman təhsilə və gənclərin inkişafına dəstək olmuş tələbələrin təlim nailiyyətlərinin yüksəldilməsini stimullaşdırmaq və dəstəkləmək məqsədi ilə layihələr həyata keçirmişdir. 
 "Ən fəal təhsil dəstəkçisi" nominasiyası üzrə Banka verilən mükafat bu sahədə görülən işlərin məntiqi nəticəsidir.
Bank "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi" nominasiyası üzrə mükafata layiq görülüb. Bu mükafat bankın müasir texnologiyaların tətbiqi və rəqəmsal bankçılığın inkişafı sahəsindəki səylərini vurğulayır.
Azər Türk Bank yüksək diqqətə görə ABA-ya, həmçinin etibar və etimad göstərib Bankla əməkdaşlıq edən tərəfdaş və müştərilərinə minnətdarlığını bildirir.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə (51%-i SOCAR-da olmaqla), 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i "Qala Həyat Sığorta Şirkəti" ASC-yə, 12,37%-i "T.C. Ziraat Bankası" AŞ-yə və 1.08%-i "Ziraat Bank İnternational" AG-yə məxsusdur. / azxeber.com

İqtisadiyyat       Tarix: 03 aprel 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeber krimnal bugun son xeberler bugun 2026 muharibe cəbhədən xəbərlər