Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu

Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurduDövlət bankı Azər Türk Bankın 01 oktyabr 2021-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq, 368 milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 197,1 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 23% yüksəkdir.
Azxeber.com xəbər verir ki, ümumi gəlirlər 24,4 milyon manat, xərclər 23,7 milyon manat olmuşdur.
Üçüncü rübdə Bank 728,6 min manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən dəfələrlə çoxdur.
Məcmu kapitalın həcmi 51,6 milyon manat olmuşdur. Qeyd edək ki, məcmu kapitalın adekvatlığı 26%, leverec əmsalı 12,9% təşkil edir ki, bu da müəyyən edilmiş normadan yüksəkdir.
Cəmi bank öhdəliklərinin həcmi 5,5% artımla 311 milyon manat təşkil etmişdir.
Bank 133,2 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 41,3 milyon manatı əhalinin əmanətləridir.
Banka aid aktiv plastik kartların sayı il ərzində 60%-ə qədər artmaqla, 104 min ədəd olmuşdur.
Azər Türk Bank müştərilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65% artaraq, 153 min nəfərə çatmışdır.
Dövlət bankı Azər Türk Bank öz fəaliyyətinin zamanın tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırılması istiqamətində işlərini davam etdirir.
Görülən tədbirlər sırasında bu günlərdə Bankın Bakıda daha bir xidmət strukturunun – müasir formatda, rəqəmsal konseptdə yenidən qurulmuş "Mərkəz" filialının yeni ünvanda müştərilərin istifadəsinə verilməsidir.
Bu istiqamətdə növbəti addım Azər Türk Bankın Bakı şəhərində daha 5 filialının istifadəyə verilməsi olacaqdır. Bu filiallarda da bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunacaqdır.
Qeyd edək ki, bu il "ATB Business" İnternet bankçılığın mobil versiyası olan"ATB Business Mobile"tətbiqi Bankın hüquqi şəxs və fərdi sahibkar olan müştərilərinin ixtiyarına verilmişdir. Hazırda bank əməliyyatlarının 99 faizi onlayn həyata keçirilir. Həmçinin Bankda hüquqi şəxslər və fərdi sahibkarlar üçün ADM terminalları quraşdırılmışdır. Bu terminallar vasitəsilə korporativ müştərilər cari və ya kart hesablarına vəsait mədaxil edə və ya məxaric əməliyyatını həyata keçirə bilirlər Bundan başqa sahibkarlar hub.atb.az səhifəsi vasitəsilə elektron sənəd dövriyyəsi xidmətindən istifadə, onlayn olaraq sənədləri imzalamaq, terminaldan məxaric sifarişi etmək imkanına malik olurlar.
Eyni zamanda müştərilərin istifadəsində olan yenilənmiş, müasir, güvənli, istifadəsi rahat atb360 mobil əlavəsinə Bank tərəfindən yeni funksiyalar artırılmışdır. Bunun sayəsində son dövrdə atb360 tətbiqindən istifadə edən müştərilərin sayı 50 dəfədən çox artmışdır.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

İqtisadiyyat       Tarix: 26 oktyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde


azerbaycan xeberleri yeni xeberler son xeberler krminal bu gun meherremlik 2026 siyaseti xeberler bugun cəbhədən son məlumatlar