Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLAR

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLARMüzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir.
Xalqımız bu döyüşlərdə qəhrəmanlıqla həlak olan oğullarımızın ruhu qarşısında baş əyir və daim onların xatirələrini ehtiramla yad edir.
Bu günlərdə dövlət bankı Azər-Türk Bankın Müşahidə Şurası Bankın filialına Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin adının verilməsi barədə qərar qəbul edib.
Bakının Asif Məhərrəmov küçəsi, 99 ünvanda yerləşən filialı bundan sonra "Şəhid Rauf Əliyev" adına filial kimi fəaliyyət göstərəcək.
Bununla bağlı təşkil edilən mərasimdə Bankın rəhbər heyəti və əməkdaşları, o cümlədən, Rauf Əliyevin valideynləri iştirak ediblər.
"Bu gün Rəqəmsal filialımıza həmkarımız Şəhid Rauf Əliyevin adının verilməsi təsadüfi seçim deyil. Rauf bizim informasiya texnologiyaları üzrə peşəkar mütəxəssisimiz idi. Bu məkan da yeniliyin, inkişafın və gələcəyin simvoludur. İstəyirik burada çalışan hər bir əməkdaş, bu filiala üz tutan hər bir şəxs Raufun adını görsün, onun həyat hekayəsi ilə tanış olsun və Vətən qarşısında borcunu şərəflə yerinə yetirmiş bir gəncin xatirəsini yad etsin. Bu həm də dövlətimizin şəhid ailələrinə qayğısının bir nümunəsidir", - deyə Bankın İdarə Heyətiinin sədri Günel Nəbiyeva tədbir iştirakçıları qarşısında öz çıxışında bildirib.
Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, şəkli önünə gül dəstələri düzülüb. Tədbirdə Şəhid Rauf Əliyevin valideynləri Səxavət Əliyev və Xavər Əliyeva oğullarının keçdiyi zəfər yolu barədə məlumat veriblər.
Göstərdiyi şücaətə görə igid əsgərimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ölkə Prezidentinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında Şəhid olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncamına əsasən döyüş zamanı şəhid olmuş "Azər-Türk Bank" ASC-nin əməkdaşı Rauf Əliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
Qeyd edək ki, Rauf Əliyev 4 iyun 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. O, orta təhsilini Bakı şəhərində almış, daha sonra Azərbaycan Texniki Universitetində "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası üzrə ali təhsilini tamamlayıb.
Tələbəlik illərindən etibarən informasiya texnologiyaları sahəsinə böyük maraq göstərib, proqramlaşdırma üzrə bilik və bacarıqlarını daim inkişaf etdirib, bir sıra beynəlxalq sertifikatlar əldə edib və xaricdə peşəkar təlimlərdə iştirak edib.
2016-cı ildə həqiqi hərbi xidmətə çağırılmış, Aprel döyüşlərində iştirak edib. Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətini davam etdirərək 28 avqust 2018-ci il tarixində Azər Türk Bankın İnformasiya Texnologiyaları Departamentinin Proqram Təminatı Şöbəsində mühəndis vəzifəsində işə başlayıb. Daha sonra mühəndis-proqramçı və aparıcı mühəndis-proqramçı vəzifələrində fəaliyyətini davam etdirib.
2020-ci ildə Vətən müharibəsi başladıqda könüllü olaraq cəbhəyə yollanaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına mübarizə aparıb. O, 22 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Şəhidlərimizin fədakarlığı və qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaqdır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLARAzər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLARAzər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLARAzər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLARAzər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLARAzər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLAR/ azxeber.com

İqtisadiyyat       Tarix: 07 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Qaytarıla bilməyən kreditlər bağlanacaq

"Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul istifadəyə veriləcək. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçünc

Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ

Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib. Daxili Işlə

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır

2027-ci ildə əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə əmək pensiyasının orta məbləğinin isə 680 manat olacağı proqnozlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmə

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. Hər il ənənəvi olaraq keçirilən kampaniy

Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb

Azercell-in dəstəyi ilə keçirilən "AWS Agentic Football Cup" turnirində iştirakçıların hazırladığı süni intellekt agentləri virtual futbol matçlarında müstəqil qərarlar qəbul edib. Bu dəfə futbol meydanında qərarlar

Qızıl bu tarixdən bahalaşacaq

Dünya bazarında qızılın qiymətində baş verən geriləmənin ilin sonuna qədər davam edə biləcəyi ehtimal olunur. Bəzi beynəlxalq maliyyə qurumları qiymətli metalın bir troya unsiyasının 3 900 dollara, daha mənfi ssenaridə is

Çipsiyə 1 manat aksiz vergisi tətbiq ediləcək

Çipsi aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsinin aksizli malların dairəsinə daxi

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı


son xeberler azerbaycan xeberleri yeni xeberler maraqlı xəbərlər en yeni xeberler bu gune olan xeberler cəbhədən son durum