Azərbaycan 10 il müddətinə enerjidən maksimum istifadə edərək qaz istehlakını azalda bilər

Azərbaycan 10 il müddətinə enerjidən maksimum istifadə edərək qaz istehlakını azalda bilər"Dünyada gedən iqlim dəyişikliklərinin fəsadları əlbəttə ki, ölkəmizdən də yan keçmir. Biz bunu çaylarımızda suyun azalması, istiləşmə, Xəzər dənizinin səviyyəsinin dəyişməsi və s. təbiət hadisələrində müşahidə edirik. Bu baxımdan dünyada baş verən proseslərə Azərbaycan da biganə qala bilməz. Ölkəmizdə yaşıl enerji imkanlarının yaradılması, genişləndirilməsi bizim üçün prioritet məsələdir". 
Bu sözləri azxeber.com-a açıqlamasında Millət vəkili Vüqar İskəndərov deyib.
Deputat əlavə edib ki, COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir:
"İlk olaraq onu qeyd etmək lazımdır ki, qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Bu baxımdan COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Cənab prezident İlham Əliyevin də qeyd etdiyi kimi biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, sadəcə olaraq, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.
Statistikalar da onu göstərir ki, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Azərbaycanın enerji gündəliyində yaşıl enerjinin rolunun getdikcə artırılması gələcəkdə bu istiqamətdə müsbət nəticələr vəd edir. Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibəsində bildirdiyi kimi, bu istiqamətdə artıq mühüm yolu qət etməyə başlamışıq".
Millət vəkili hesab edir ki, Azərbaycan 10 il müddətinə enerjidən maksimum istifadə edərək qaz istehlakını azalda bilər:
"Planlamaya görə, təxminən 10 il müddətinə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməklə daxili bazarda təbii qaz istehlakını azaltmağa nail ola bilərik. Biz qarşıya qoyulan bütün məqsədlərə nail olmağı bacaran bir ölkəyik. Vaxtilə Cənub Qaz Dəhlizi barədə də müxtəlif fikirlər var idi. Nikbin düşünənlər, bədbin düşünənlər… Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Ancaq budur nəticə…Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu yox, reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu baxımdan yaşıl enerji istiqamətində də qurulan planlar və reallaşdırılan layihələr tezliklə öz müsbət nəticəsini verəcək".
Mikayıl Mirzəzadə

İqtisadiyyat       Tarix: 05 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən


azerbaycan xeberleri son xeberler yeni xeberler şou biznes xəbərləri cəbhədən son görüntülər butun xeberler xeberler bu qun