Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcəkAzərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
Bu barədə azxeber.com Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-yə işgüzar səfəri çərçivəsində aparılıb.
Məlumata əsasən, səfər çərçivəsində əvvəlcə Oklahoma ştatının kənd təsərrüfatı naziri Bleyn Artur (Blayne Arthur) ilə ikitərəfli görüş keçirilib.
M.Məmmədov Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin aqrar sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını bildirib. 2019-cu ildən Oklahoma ştatı ilə inkişaf edən aqrar əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayan nazir rəqəmsallaşma, süni intellekt, müasir suvarma texnologiyaları və elmi tədqiqatlar sahəsində ABŞ təcrübəsinin öyrənilməsinin, birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
B.Artur isə Azərbaycanın aqrar sahədə həyata keçirdiyi tədbirlərin maraq doğurduğunu, Azərbaycan ilə Oklahoma arasında uzun illərə söykənən əlaqələrin kənd təsərrüfatı sahəsində də inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, yüksək səviyyəli qarşılıqlı səfərləri xatırladaraq, əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu bildirib. Həmçinin, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında tərəfdaşlığın inkişafı, ikili diplom proqramları, tələbə və mütəxəssis mübadiləsi, birgə təlim və təcrübə proqramlarının təşkili məsələləri diqqətə çatdırılıb.
Səfər çərçivəsində Oklahoma ştatı qubernatorunun müavini Mett Pinnell və Oklahoma Milli Qvardiyasının komandanı, general-mayor Tomas H. Mançino ilə də görüşlər keçirilib. Görüşlərdə Azərbaycan ilə ABŞ arasında ticarət və investisiya əlaqələrinin inkişafı, aqrar sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, əhalinin doğma torpaqlarına qayıdışı və həmin ərazilərin iqtisadi potensialının reallaşdırılması barədə məlumat verilib. Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının rəqəmsal texnologiyalar əsasında, beynəlxalq standartlara uyğun və iqlim dəyişikliklərinə davamlı model üzrə inkişaf etdirilməsinin nəzərdə tutulduğu bildirilib.
Nümayəndə heyəti ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) Kənd Təsərrüfatı Tədqiqatları Xidmətinin (ARS) Otlaq Sahələri üzrə Elmi-Tədqiqat Laboratoriyasının fəaliyyəti ilə də tanış olub. Laboratoriyada otlaq və yem bitkilərinin məhsuldarlığının artırılması, torpaq və təbii resurslardan səmərəli istifadə, iqlim dəyişikliklərinin otlaq ekosistemlərinə təsirlərinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar barədə məlumat verilib. Görüşdə Azərbaycanın heyvandarlıq sektorunda yem bazasının gücləndirilməsi və otlaq sahələrinin səmərəli idarə olunması baxımından qabaqcıl təcrübənin tətbiqi, elmi-tədqiqat sahəsində əməkdaşlıq və mütəxəssis mübadiləsi imkanları müzakirə olunub.
Səfər çərçivəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olan kənd təsərrüfatı şirkətlərinin rəhbər şəxsləri ilə görüş keçirilib. Görüşdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın əsas hədəfləri, aqrar sektorun inkişaf prioritetləri və ölkəmizdə mövcud investisiya imkanları barədə təqdimatla çıxış edib. Azərbaycanda əlverişli biznes mühiti barədə məlumat verən nazir şirkət nümayəndələrini Azərbaycanın aqrar sektoruna sərmayə yatırmağa dəvət edib.

Siyasi       Tarix: 14 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Rusiyadan Naxçıvanla bağlı yeni gözlənilməz addım – Mi-24 helikopterinin vurulması…

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin 9 noyabr 2020-ci ildə Naxçıvan istiqamətində vurulan Mi-24 helikopterinin həlak olmuş heyət üzvlərinin xatirəsini yad etməsi siyasi mesaj kimi qiymətləndirilir. Tədbirin məh

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd


yeni xeberler azerbaycan xeberleri son xeberler ensonxeberler bu gunun xeberleri haqqinda melumat cəbhədən son xəbərlər 2026 butun xeberler