Azərbaycan bayrağına hörmətsizlik edən tələbə BDU-dan qovuldu - RƏSMİ
Azərbaycan bayrağına hörmətsizlik edən tələbə BDU-dan qovuldu - RƏSMİ
Sosial şəbəkələrdə Bakı Dövlət Universitetini tələbəsinin Azərbaycan bayrağına hörmətsizlik etməsi ilə bağlı video yayımlanıb.
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi məsələ ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, həmin tələbə universitetdən xaric edilib:
"BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu bir neçə dəfə dərs zamanı Universitetin daxili nizam-intizam qaydalarını pozmuşdur. Bu barədə tələbəyə və valideyninə məlumat verilib, Universitetin daxili nizam-intizam qaydalarına əməl etməsinin vacibliyi izah olunub.
Lakin Pərviz Məhəmmədov 23.11.2020-ci il tarixində tədris prosesi zamanı yenidən Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmuş, həmçinin şəhidlərimizin qanı ilə boyanmış, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalandırdığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər etmişdir.
Bildiririk ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Qanunun 11-ci maddəsinə görə "Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur".
Azərbaycan Respublikasının rəmzlərinə qarşı istənilən təhqir yolverilməzdir və məsuliyyətə səbəb olur.
Buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib.
Bu haqda özü və valideyni (atası) Bakı Dövlət Universitetinə çağırılmış, etdiyi hərəkətlər haqqında məlumat verilib.
Əlavə olaraq bildiririk ki, Pərviz Məhəmmədovun atası Əlipənah Məhəmmədov nə Birinci, nə də İkinci Qarabağ savaşında iştirak etmədiyini bildirib. /oxu.az

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR