Azərbaycan Beynəlxalq Bankı və Azercell-dən ölkəmizdə bir ilk!

Azərbaycan Beynəlxalq Bankı və Azercell-dən ölkəmizdə bir ilk!Regionun aparıcı bankı Azərbaycan Beynəlxalq Bankı ölkəmizin rəqəmsal həllər təqdim edən lider mobil operatoru  Azercell Telekomla birgə Azercell abunəçiləri üçün xüsusi kobrend kart təqdim edib. Bu kart öz sahibinə gündəlik xərclərindən qazanmaq fürsəti yaradır. Belə ki, kart sahibi nağdsiz ödənişlər zamanı hər 1 manat üçün 1 bal əldə edərək, toplanmış balları şəbəkədaxili danışıq dəqiqələrinə və ya meqabaytlara dəyişə bilər. Bu imkandan yararlanmaq üçün müvafiq açar sözü 2937 qısa nömrəsinə SMS göndərmək kifayətdir.
Kart üzrə SMS xəbərdarlıq və nağdlaşdırma xidməti üçün heç bir komissiya tutulmur. Müddəti 4 il olan kartı istənilən Azercell abunəçisi 24 dekabrdan etibarən cəmi 20 manat ödəməklə Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrindən əldə edə, eləcə də Bankın rəsmi internet səhifəsindən sifariş verə bilər:
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov: "Bu kartın ən mühüm özəlliyi Azərbaycan bazarında hər biri öz sahəsinin lideri olan iki böyük şirkətin tərəfdaşlığının nəticəsi kimi ortaya çıxmasıdır. Ümid edirik ki, tərəfdaşlıq layihələrimiz bundan sonra da davamlı olacaq. Azərbaycan Beynəlxalq Bankı və Azercell-in birləşən imkanları insanlarımızın həyatına yeni faydalar gətirəcək".
Azercell MMC-nin prezidenti Vahid Mürsəliyev: "Texnologiyaların sürətlə inkişaf etdiyi bir zamanda bizim ölkənin aparıcı mobil operatoru kimi ən böyük vəzifəmiz istifadəçilərimizin gündəlik həyat prosesləri və işgüzar əməliyyatlarının daha da rahat şəkildə yerinə yetirilməsi üçün yeni məhsul və həllərin işlənib hazırlanmasıdır. Bu baxımdan, strateji tərəfdaşımız olan Azərbaycan Beynəlxalq Bankı ilə müştərək şəkildə istifadəyə buraxılan kart bir əməliyyat zamanı Azercell abunəçilərinə ikiqat fayda qazandıraraq onların həyatını daha mobil etməyə imkan yaradacaq".  
Kobrend kartlarını AZN-lə yanaşı, USD və EUR hesablarında da açdırmaq olar. Azərbaycan Beynəlxalq Bankının "Qayğıkeş" layihəsi çərçivəsində bankla tərəfdaş məkanlarda bu kartla və bankın POS terminalları ilə ödəniş zamanı müştəri xərclədiyi vəsaitin 20%-dək hissəsini dərhal kart hesabına geri alır. Tezliklə, kartın kredit imkanları da müştərilərin istifadəsində olacaq.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. /news.milli.az

İqtisadiyyat       Tarix: 19 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xeber son.xeberler ən son xəbərlər en son xeberler bu gun